Icma.az
close
up
RU
“ABŞ zəifləyəcək, müttəfiqlərini itirəcək və imici zədələnəcək, çünki…” KRİTİK DETALLAR KONKRET

“ABŞ zəifləyəcək, müttəfiqlərini itirəcək və imici zədələnəcək, çünki…” KRİTİK DETALLAR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada baş verən hadisələr sürətlə cərəyan etdikcə, siyasi proseslər bir o qədər gərginləşir. Donald Trampın siyasi kursu da dünyanın nizamını dəyişməyə hesablanıb. ABŞ prezidentinin bəyanatları, səsləndirdikləri fikirlər əvvəlki administrasiyaların siyasi kursundan fərqlənir və bu da dünyada geniş əks səda doğurur. Əslində nə baş verir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ birqütblü yox, bir neçə qütblü dünyanın formalaşmasına da etiraz etmir:

Məhəmməd Əsədullazadə

“Trampın son çıxışları ABŞ-ın yeni bir siyasət ortaya qoyacağının göstəricisidir. Növbəti dövr ərzində Donald Tramp ABŞ-ın ənənvi siyasətindən imtina edir. Onu beynəlxalq qanunun aliliyi maraqlandırmır. Trampın məqsədi yalnız güc prinsipiylə çıxış etməkdir. Xüsusilə, Qrenladiya və Panama ilə bağlı mövqeyi ABŞ-ın əvvəlki administrasiyasının mövqeyindən kəskin fərqlənir. Çünki burada Amerika güc yolu ilə öz siyasətini formalaşdırmağa çalışır. Təbii ki, Bayden administrasiyası xarici yardımların həyata keçirilməsi, müxtəlif ölkələrə təzyiqlərin artırılması, inqlablar və müxtəlif proqramlar vasitəsi ilə bir çox ölkələrdə ABŞ-ın təsirini formalaşdırırdı. Amma Tramp bundan imtina edib, xüsusilə həm xarici siyasət, həm də daxildə özünün doğru bildiyi siyasi kursu həyata keçirir. Bu isə ABŞ-ın qanunlarıyla üst-üstə düşmür. Onun verdiyi sərəncamları, göstərişləri ABŞ məhkəmələri bloklamağa başlayıb. Yaxud da əksər hallarda məhkəmələrdə çəkişmələrə səbəb olur. Böyük ehtimalla Trampın başladığı islahatlar ABŞ-ı zəiflədəcək. Beynəlxalq müstəvidə imicini zədələyəcək, müttəfiqlərin ona etimadını azaldacaq. Xüsusilə, biz Rusiya-Ukrayna müharibəsində Amerikanın həyata keçirdiyi siyasəti və bu fonda beynəlxalq siyasətdə tutacağı mövqeyi də aydın görə bilərik. Bununla da ABŞ birqütblü yox, bir neçə qütblü dünyanın formalaşmasına da etiraz etmir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Mart 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri