Icma.az
close
up
RU
İmralıda Abdullah Öcalanla kritik görüş: Detallar açıqlandı

İmralıda Abdullah Öcalanla kritik görüş: Detallar açıqlandı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya (DEM) Partiyasının deputatı Ömər Öcalan PKK terror qruplaşmanın rəhbəri, dayısı Abdullah Öcalanla İmralıdakı görüşü barədə danışıb. 

“Cebheinfo.az” xəbər verir ki, o, 23 oktyabrda baş tutan görüşün təfərrüatlarını açıqlayıb. Ömər Öcalan Abdullah Öcalanın dərin analizlər və dəyərləndirmələr etdiyini deyib: 

“Öcalan kürd-türk münasibətlərini barədə danışdı. Həmçinin, kürd-türk ittifaqlarını dəyərləndirdi. Kürdlərlə türklərin bu mərhələyə necə birlikdə gəldiyini qiymətləndirdi. Müttəfiqlikləri, əlaqələri, zaman-zaman yaranan problemləri də açıq şəkildə qiymətləndirdi. Həll təklifləri də verdi. Bu problemi dialoq yolu ilə həll edə biləcəyimizi də söylədi”. 

O, sözlərinə belə davam edib: “Abdullah Öcalan dedi ki, biz bu problemi 2000-ci ildə həll edə bilərdik. O, 1999-cu ildə təyyarədə kürd-türk məsələsinin həllinə xidmət edəcəyini söylədiyini xatırlatdı. Amma o zaman “Apo özünü xilas etmək üçün belə deyir” kimi fikirlər səsləndiyini də bildirdi”. 

Ömər Öcalanın sözlərinə görə, Abdullah Öcalan şəxsi tələblər və şərtlər irəli sürməyəcək: “O, prosesin həlli üçün çalışacaq. 

Bəziləri üçüncü vasitəçi ölkə məsələsindən danışır. Amma məsələ ciddidir. Qarşıda bizi tarixi proses gözləyir. Biz bu tarixi prosesi müsbət mənada böyük ləyaqətlə sülhə çevirə bilərik. Bundan başqa məsələni kimsə düşünmək istəməz”. 

Deputat bildirib ki, PKK terror qruplaşması Abdullah Öcalanın qərarlarını dəstəkləyəcək: 

“Öcalan görüşdə Yaxın Şərq, Qəzza, İsraillə bağlı da fikir mübadiləsi apardıq. O, İraq, Suriya və İrandakı kürdlərlə bağlı dəyərləndirmələr edib. Ümumiyyətlə, onun təklifləri çox məqbul idi.

Bundan başqa, PKK da Abdullah Öcalanın verəcəyi bütün qərarların arxasında duracağını açıqlayıb. Öcalan min illik kürd-türk münasibətlərini dərindən təhlil edib. Biz də həll və sülh tərəfdarıyıq. Buna töhfə verəcək hər kəslə birlikdə irəliləyəcəyik”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see493

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see289

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see269

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see262

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see257

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see252

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see228

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see228

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see224

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see217

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see210

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see208

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see204

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see202

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see192

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see191

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see183

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see178

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see178

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri