Icma.az
close
up
RU
ABŞdan BAKİYA YENİ ŞANTAJ... Növbəti üzdəniraq qətnamə hazırlayıblar AzPolitika onlayn siyasiictimai qəzet

ABŞdan BAKİYA YENİ ŞANTAJ... Növbəti üzdəniraq qətnamə hazırlayıblar AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı ermənipərəst senatorlar - Qari Piters və Bill Kessidi Senata Azərbaycan əleyhinə ikipartiyalı qətnamə layihəsi təqdim ediblər.

Layihədə Bakı Qarabağda etnik təmizləmə aparmaqda ittiham olunur, Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırış edilir, “əsir” ermənilərin dərhal azad olunması və Bakıya hərbi yardımın (görəsən hansı hərbi yardımdan söhbət gedir? - red.) dayandırılması, “Qarabağ "xalqının" geri qayıtmaq hüququnun həyata keçirilməsi” tələb olunur. 

Bu barədə “Daşnaksütyun”un mərkəzi ofisindən məlumat verilib. Layihənin həmmüəllifi Kessidi bu xüsusda deyib: “Azərbaycan Avropanı enerjiyə görə girov saxlayır, lakin Luiziana Avropanın ehtiyaclarını ödəmək üçün kifayət qədər enerjiyə malikdir”. 

Mətndə həmçinin iddia olunur ki, beynəlxalq hüquq ekspertləri, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo (ermənilərin çoxdan ələ aldığı fırıldaqçı prokuror - red.) və BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri (Okamponun başqa bir tayı, o da çoxdan rəsmi vəzifə daşımır - red.) Xuan Mendez hesab edirlər ki, “dağlıq Qarabağın azərbaycanlılar tərəfindən blokadaya alınması BMT-nin Soyqırım Konvensiyasına görə, qanun pozuntusudur”. Və bu kimi digər absurd, əsassız ittihamlar, şər-böhtanlar...

Belə görünür ki, yeni prezident Donald Tramp öz komandasını formalaşdırıb qurtarmamış erməni lobbisinin satın aldığı bu dələduzlar vasitəsilə Konqresdən hansısa anti-Azərbaycan sənədini keçirib onu fakt qarşısında qoymaq istəyirlər. Ancaq layihənin Konqresdən keçmə ehtimalı nə dərəcədədir? Keçərsə Tramp onu imzalayarmı? Xatırladaq ki, ABŞ-ın erməni lobbisi son prezident seçkilərində Trampı dəstələyən bəyanatla çıxış etməyib. Yəni ondan əlini üzmüş kimi idi. Ona görə də senatorlar tələm-tələsik bir üzdəniraq qətnamə layihəsi hazırlayıblar ki, yeni rəhbər Ağ Evə gəlməmiş Azərbaycana xainlik etsinlər.

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a sözlərinə görə, 4 il ərzində çoxsaylı qətnamə layihələri olub, lakin heç biri keçməyib. O inanmır ki, bu bədnam ideya da reallaşa. Professorun fikrincə, son akkordlarını vuran hazırkı Ağ Ev rəhbərliyi hakimiyyəti iflasla tərk etməkdədir: “Azərbaycan dövləti Birləşmiş Ştatlarla səmimi, dürüst davranmağa çalışdı, hər dəfə qarşı tərəf münasibətləri korlamağa başladı. İndi biz Bayden dövrünü unudub irəli baxmalıyıq. Çünki Tramp dönəmi gəlir və Bakı Vaşinqtonla əlaqələri sahmana salmağa ümid edir. Hazırkı gərginlik bizim ucbatımızdan olmayıb. Azərbaycan nə supergüclə qarşıdurmada maraqlıdır, nə də strateji tərəfdaşını itirmək istəyir. Biz mühüm layihələr icra edir, ABŞ üçün Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır, Rusiya və İran kimi iki nəhəng gücün ortasında balans siyasəti yürüdürük. Bu həqiqətləri nəzərə almadan, Bayden komandası 4 il dayanmadan üzərimizə gəldisə, deməli, reallıq hissini itiriblər”.

Professor qətnamənin qəbul edilməyəcəyinə əmindir və ümid edir ki, yeni administrasiya Konqres üzərindən cılız oyunlara getməyəcək: “Azərbaycan elan etdi ki, Dövlət Departamenti Konqresə təlimat verir. Hətta Milli Məclisdə sazişləri dayandırmaq təklif olundu. Ardınca ABŞ səfirliyi səviyyəsində kampaniya başladı. Beləliklə, ssenariləşdirilmiş bir təzyiq siyasəti müşahidə olunur. Sadəcə, Azərbaycan dövləti haqsızlığa susmur və bu, Amerika olsa belə cavabını verir. Bundan sonra da hansısa əsgi parçası qəbul olunsa, nəticə dəyişməyəcək. O layihəni hazırlayanlar əla bilirlər ki, nə ermənilər qovulub, nə dediklərində sübut var”.

Q.Hüseynli sanksiyaların tətbiqini istisna edir və bu çağırışlara məhəl qoyulacağını gözləmir: “Azərbaycan Avropanın enerji təminatında mühüm paya malikdir və Vaşinqton bizim hansı əhəmiyyət daşıdığımızı dərk edir. Ukraynada gedən müharibə fonunda Azərbaycana sanksiya tətbiq edilməsi mümkün deyil. Məncə, ermənipərəst senatorlar ilin sonuna yaxın lobbidən aldıqları pulların axırıncı xidmətini yerinə yetirirlər. Bununla erməni lobbisinə göstərirlər ki, ”biz axıra qədər əlləşib-vuruşduq, qanun layihələri hazırladıq, onların Konqresdən keçməsinə cavabdeh deyilik". (musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri