TRAMP VƏ PUTİN BAKIYA GƏLİR? Prezidentlərin görüşə biləcəyi yerlər açıqlandı AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Ukraynada müharibəni “24 saata bitirəcəyinə” söz verən Trampla Vladimir Putin arasında görüş mövzusu gündəmə gəldi. Son günlərəd isə həm Putin, həm də Tramp belə bir görüşə hazır olduqları barədə qarşılıqlı bəyantlar verirlər ki, bu da ABŞ-nin yeni prezidentinin Ağ Evə daxil olmasından sonra sözügedən görüşün baş tutacağına dair qənaət yaradır.
“AzPolitika” xəbər verir ki, Rusiyanın aparıcı “teleqram” kanalları artıq Vladimir Putin və Donald Tramp arasında görüşə hazırlıq getdiyi barədə məlumatlar yayırlar. Qeyd olunur ki, bu mümkün görüş xüsusilə də Kreml tərəfindən “tarixi görüş” və danışıqlarda əsas başlanğıc addım kimi dəyərləndirilir.
Bildirilir ki, görüşün keçirilməsi üçün üç neytral meydança müzakirə olunur. Onlardan biri MDB-də Astana və ya Bakı ola bilər. İkincisi, Mərkəzi Avropadakı Avstriyanın paytaxtı Vyana, üçüncüsü isə Türkiyədir. Bir çoxları Türkiyəni daha şanslı qiymətləndirsələr də, xüsusilə də Suriyada baş verən hadisələrdən sonra Kremlə yaxın dairələrin Ankaraya münasibəti xeyli kəskinləşib. Ona görə də son anda görüşün yeri ilə bağlı tamamilə fərqli qərar verilə bilər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Dekabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















