Icma.az
close
up
RU
ABŞdan sensasion iddia: Tezliklə Ukrayna Rusiya ilə barışacaq

ABŞdan sensasion iddia: Tezliklə Ukrayna Rusiya ilə barışacaq

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın vaxtlarda Ukrayna Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etməyi planlaşdırır. Kiyev Moskva ilə müvəqqəti barışıq deyil, “davamlı sülh” təmin etmək şərti ilə saziş bağlamağa razı ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna təxminən üç il davam edən döyüşlərdən tükənib.

Qeyd edək ki, dekabrın 4-də Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşlər keçirmək üçün ABŞ-a gedib.

Məlumata görə, o, amerikalılarla “münasibətləri yaxşılaşdırmaq” və Vaşinqtondan əlavə dəstək almaq üçün səfər edib.

Aydın olur ki, Ukrayna liderinin ofisinin rəhbəri Kiyevi “sülhə nail olmaq üçün konstruktiv tərəfdaş” kimi təqdim etməyə çalışıb.

Trampın komandası Ukraynanın NATO-ya üzvlüyünə qarşı

Noyabrın sonunda Zelenski ölkənin Şimali Atlantika Alyansına üzv olması müqabilində atəşkəsə qazılaşıb. O qeyd edib ki, Rusiya ilə münaqişənin qaynar mərhələsinə son qoymaq üçün Kiyevin “nəzarətində olan Ukrayna ərazisini” NATO çətiri altına almaq lazımdır.

Bildirilir ki, Trampın komandası ilə görüşdə Yermak Ukraynanın alyansa qoşulması mövzusunu qaldırsa da, onnlar buna o qədər də maraq göstərməyiblər.

Trampın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq yalnız Amerikanın hazırkı lideri Co Bayden administrasiyasının Ukraynaya tez bir zamanda silah çatdırmaq səylərini dəstəkləyib və bunun münaqişənin həlli üzrə danışıqlar zamanı Rusiya üzərində təsir rıçaqlarından biri olacağını bildirib.

Trampın komandasından sülh planı təklifi

Trampın müşavirləri bu yaxınlarda ona Ukraynadakı münaqişənin həlli üçün üç variant təqdim ediblər. "Reuters"in sözlərinə görə, hazırda Kit Kelloq, Ceyms Devid Vens və keçmiş milli kəşfiyyat rəhbəri Riçard Qreneldən üç təklif var. Onların hamısı Ukraynadan ərazi güzəştləri və NATO-ya üzvlükdən imtina etməyi təklif edir.

Analitiklər və keçmiş kəşfiyyat rəsmiləri qeyd edirlər ki, Trampın təklifləri Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasını onun “qələbə planının” əsas məqamı adlandıran Zelenskinin müqaviməti ilə üzləşəcək. Gözlənilir ki, Avropa ölkələrinin rəhbərliyi və ABŞ Konqresinin üzvləri Ağ Ev rəhbərinə təzyiq göstərəcəklər.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://publika.az
archiveBu xəbər 05 Dekabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri