Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

ABŞdə Azərbaycan diasporu fəallaşır

ABŞdə Azərbaycan diasporu fəallaşır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;



Mühüm məsələlərdən biri fərqli diaspor qurumlarının ayrılıqda deyil, birgə fəaliyyəti, həmrəylik nümayiş etdirməsidir


ABŞ-nin Kolorado ştatında yaşayan soydaşlarımız Azərbaycan İcmasının “Koloradoda Azərbaycan Diasporu” adlanan ilk diaspor təşkilatını yaradıblar. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, təşkilatın məqsədi yerli Azərbaycan İcmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir. Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrinin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir. "Koloradoda Azərbaycan Diasporu” adlanan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyevadır. O, Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-də tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb. Qeyd olunub ki, təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir. Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir. Qeyd edək ki, N.Şıxsəfiyeva bir müddət Ədliyyə Nazirliyində işləyib. O, nazirliyin mətbuat xidmətində çalışıb. Nazirlikdən ayrıldıqdan qısa müddət sonra isə fəaliyyətini Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində davam etdirib. Amma ailə həyatı qurması ilə əlaqədar ABŞ-yə köçdüyü üçün öz ərizəsi ilə işdən çıxıb. N.Şıxsəfiyeva həmçinin hazırda Baku TV-nin Amerikada xüsusi müxbiri vəzifəsində çalışır. Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində də Azərbaycan Evinin açılış mərasimi keçirilib. Azərbaycan Evinin açılışının ABŞ-dəki icmamız üçün böyük bir ərməğan olduğunu dilə gətirib. 

Hazırda Azərbaycan diasporu bütün ölkələrdə geniş fəaliyyət göstərir. Belə qabaqcıl ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra xarici ölkələrə pərakəndə şəkildə səpələnmiş soydaşlarımızın gördüyü işləri Azərbaycan diasporu və lobbisinin gərgin fəaliyyətinin bünövrəsini təşkil edən ilk siyasi fəaliyyət hesab etmək olar. Daha dəqiq desək, 1920-ci ilin əvvəlində San-Remoda, sonra 1922-ci ildə Genuya və Londonda Azərbaycanın milli-siyasi mənafeyini müdafiə etmək üçün Lozanna elmi konfranslarında iştirak edən azərbaycanlılar lobbiçiliyin əsasını

qoyublar. ABŞ-də Amerika Azərbaycan Cəmiyyətinin təsis edilməsi məsələsini isə 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusi xidmət orqanlarından biri olan “Əks-inqilab ilə mübarizə təşkilatı”nın rəisi işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı gündəmə gətirmişdi. Amerikada yaşayan və müxtəlif sahələrdə öz milli dəyərlərini qoruyub saxlayan soydaşlarımızın fəallığı XX əsrin sonlarından daha da aktivləşib. Buna səbəb kimi Azərbaycanın digər zəngin sərvətlərindən olan neft ehtiyatlarının olması göstərilirdi ki, bu da dünyanın bir çox inkişaf etmiş dövlətlərinin, daha çox Qərbin və ABŞ-nin diqqətini çəkə bilib. Azərbaycanın geosiyasi cəhətdən nüfuzunun yüksəlməsinə əsas təsir edən vasitələrdən biri və ən əhəmiyyətlisi Xəzər nefti, onun keyfiyyəti və miqdarı idi. Amerika Birləşmiş Ştatlarında iş birlikləri quranların, təhsil alanların və ya sadəcə olaraq yaşayan azərbaycanlıların sayını hesablamaq çətindir, çünki Azərbaycan diasporunun üzvləri arasında

İran, Türkiyə və Rusiya vətəndaşları var. Azərbaycanlıların daha çox olduğu Filadelfiya, Mayami, Vaşinqton və hətta Nyu-York şəhərlərində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Ayrı-ayrı şəhərlərdə yaşayan azərbaycanlılar

yalnız hansısa hüquqi və ya konsulluq əməliyyatına ehtiyac olduqda səfirliyə müraciət edir və tam olaraq problemlərinin həllindən razı qalırlar. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2024-cü ilin avqust ayında ABŞ-də səfərdə olarkən qeyd etmişdi ki, diaspor təşkilatları ABŞ-nin bir çox ştatlarında Azərbaycanın haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər: “ABŞ-də Azərbaycan icması həm 44 günlük müharibə zamanı, həm də sonrakı dövrdə çox böyük layihələr, tədbirlər həyata keçirib”. O bildirib ki, bu ölkədə Azərbaycan icmasının fəaliyyəti təkmilləşir. “Çox müsbət haldır ki, bizim gənclərimiz, yeni nəsil yaxşı universitetlərə daxil olur, oxuyur, universitetlərdə Tələbə Gənclər Təşkilatı yaradırlar. Təkcə son 3 ildə 8 böyük universitetdə bu fəaliyyətlər həyata keçirilib. ABŞ-də Koordinasiya Şurası 2019-cu ildə təsis olunub və sonrakı dövrlərdə daha da təkmilləşib. ABŞ-də fəaliyyət göstərən əksər təşkilatlar həmin birliyə üzv olublar və təşkilatın adı dəyişdirilərək hazırda Azərbaycan-Amerika Təşkilatı kimi fəaliyyət göstərir. Bütün ştatlarda olan diaspor təşkilatlarımız həmin təşkilata qoşulub”. F.Muradov vurğulayıb ki, ABŞ-də yaşayan Azərbaycan icması ilə mütəmadi olaraq görüşlər olur, planlar müzakirə edilir. O, bu ayın sonunda Azərbaycan-Amerika Təşkilatı tərəfindən Corctaun Universitetində ABŞ-də yaşayan Azərbaycan gənclərinin forumunun keçiriləcəyini diqqətə çatdırıb: “Bu gün həmin gənclərlə görüşdük, tədbirə hazırlığın gedişatı ilə maraqlandıq. 70-dən çox iştirakçı seçilib və artıq proqram da təsdiq olunub. Ümid edirəm ki, Azərbaycan icması üçün vacib tədbir olacaq”. Komitə sədri bildirib ki, ABŞ-də yaşayan Azərbaycan diasporu sistematik şəkildə fəaliyyət göstərir. “Bu çox sevindirici haldır ki, bizim diaspor təşkilatlarımız ABŞ-nin bir çox ştatlarında Azərbaycanın müdafiəsi, haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər. Təbii ki, işlər çoxdur, təkmilləşmə hələ də gedir. Əsas odur ki, icmamız Azərbaycanla hər zaman fəxr edir və Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Çalışırlar ki, yaşadıqları ştatlarda Azərbaycanın mövqeyini müdafiə edib, Azərbaycanı təbliğ etsinlər".


Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Sherg.az"a deyib ki, erməni diasporunun kifayət qədər aktiv və təşkilatlanmış şəkildə fəaliyyət göstərdiyi ABŞ-də Azərbaycan diaspor təşkilatlarının da sayının artırılması və fəallaşması olduqca zəruridir. Ekspertin sözlərinə görə, mühüm məsələlərdən biri də fərqli diaspor qurumlarının ayrılıqda deyil, birgə fəaliyyəti, həmrəylik nümayiş etdirməsi də vacibdir: 

"Təşkilatlar federasiya şəklində birləşərək ciddi kampaniyalara da başlamalıdır. ABŞ-dəki erməni diasporasına qarşı ortaya güc qoymaq üçün yeni və köhnə diaspor təşkilatları birlikdə fəaliyyət göstərməlidir. Kampaniya xarakterli tədbirlər görməlidirlər. Artıq ofislərdən çıxmaq lazımdır. Virtual aləmdə və real müstəvidə erməni diasporu və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrlə mübarizə güclənməlidir. Bunu hər zaman əsaslı şəkildə vurğulayırıq. Çünki erməni lobbisi son zamanlar Azərbaycana qarşı ancaq kampaniya şəklində fəaliyyət göstərir, təbliğat aparır. Bizim də cavabımız bu yöndə olmalıdır. Hücum taktikasına üstünlük verməliyik. Qeyd edim ki, erməni lobbisini meydana gətirən təşkilatların başında Amerika Erməni Assambleyası və Amerika Erməni Milli Komitəsi (ANCA) durmaqdadır. Bunlardan başqa, "Armanian American Action Committee" (ARAMAC) və "Armanian Relief Society" kimi digər erməni təşkilatları da var. Erməni lobbisinin Amerika Konqresi ilə də əlaqələri güclüdür. Diasporumuz öz fəaliyyətində bu məqamları mütləq nəzərə almalıdır. Əlbəttə, Azərbaycanın diaspor quruculuğu siyasəti yeni mərhələyə qədəm qoyub. Diaspor üzvləri öz məsuliyyətini hiss edirlər. Müharibədən sonra diaspor fəallarımızın xarici ölkələrdə önə keçməsi və müstəqillik tariximizdə ilk dəfə olaraq erməni diasporunu məğlub durumuna salması olduqca önəmlidir. Bu, bizdə əminlik yaradır ki, artıq diasporumuz təşkilatlanaraq mütəşəkkil hala gəlib. Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətində bir sıra layihələr həyata keçirilib. Bütün bunlar da diaspor təşkilatlarının fəaliyyətinə motivasiya verib. Ancaq bu sahədə qətiyyən süstlüyə yer vermək olmaz, daim aktiv və gözüaçıq olmaq əsas şərtlərdəndir". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see694

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see290

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see290

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see272

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see269

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see264

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see257

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see256

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see254

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see248

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see239

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see234

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see234

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see230

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see229

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see222

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see221

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri