Icma.az
close
up
RU
Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.


Azərbaycanda 2026-2030-cu illərdə 21 yeni peşə təhsili müəssisəsi tikiləcək. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bəs ölkəmizdə peşə təhsilinə maraq nə qədərdir?

Təhsil eksperti Elmin Nuri Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan təhsilinin son beş ilində ən sürətlə inkişaf edən təhsil istiqaməti peşə təhsili olub.

Onun sözlərinə görə, bunu faktlar, statistika, ildən-ilə artan maraq və peşə təhsilinin nəticəsində görülən işlər də sübut edir:

"Cəmi iki-üç il əvvəl peşə təhsil müəssisələrinə müraciətlər bir mərhələ ilə yekunlaşırdı və hətta artıq plan yerləri qalırdı. Amma bu il - hələ başa çatmamış 2025-ci ildə qəbul prosesi üç mərhələdə həyata keçirildi. Üstəlik, üç mərhələ tamamlandıqdan sonra belə müraciət etmək istəyənlərin sayı çox idi. Təəssüf ki, peşə təhsili sahəsində dirçəlmə bizdə sonradan baş verdi, amma yenə də çox gec deyil. Bu gün peşə təhsili rəqəmlərlə deyil, real işlərin, əməli fəaliyyətin hesabına inkişaf edir. Sevindirici haldır ki, dövlət başçısı tərəfindən də peşə təhsilinin inkişafına xidmət edən çox vacib bir sərəncam da imzalandı".

E.Nuri qeyd edib ki, hazırda peşə təhsili müəssisələrinin sayı ildən-ilə artır və bu sahə əmək bazarına uyğunluğu, praktikliyi və əlverişliliyi ilə seçilməkdə davam edir:

"Məsələn, bu gün peşə təhsil müəssisələrində 118 ixtisas üzrə kadr hazırlanır. Bu ixtisasların hər biri əmək bazarındakı tələbat nəzərə alınaraq seçilir. Bu, universitetlərdə olmayan bir üstünlükdür. Çünki universitetlərdə azı 50-yə yaxın ixtisas var ki, onların əmək bazarına uyğunluğu demək olar ki, yoxdur. Kulturologiya və bəzi sənaye profilli ixtisaslar artıq öz dövrünü tamamlayıb. Peşə təhsilində isə durum tam fərqlidir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin bu istiqamətdə yorulmadan apardığı işlər xüsusi qeyd olunmalıdır. Bu gün peşə təhsil mərkəzlərinin tərkibində fəaliyyət göstərən peşə liseyləri və məktəblər idarəetmə, kadr potensialı və infrastruktur baxımından ciddi dəyişikliklər yaşayıb".

Ekspert görüləcək işlərdən də danışıb. Onun fikrincə, peşə təhsilinin dual modeli, yəni nəzəri və praktiki hazırlığın paralel şəkildə həyata keçirilməsi daha da genişləndirilməlidir:

"Peşə yönümlü təhsildə ciddi profilləşmə də vacibdir. Hazırda bir peşə təhsil mərkəzində onlarla ixtisas tədris olunur ki, bu da ideal deyil. IT və kompüter yönümlü ixtisaslar bir mərkəzdə cəmləşməli, sənaye profilli ixtisaslar ayrı mərkəzlərdə keçirilməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb, amma daha konkret və sistemli bölgü olmalıdır. Bu baş verərsə, peşə təhsilinin inkişafı daha da sürətlənəcək. Bundan başqa, işəgötürən qurumların peşə təhsil müəssisələri ilə əməkdaşlığı güclənməlidir. Doğrudur, hazırda əlaqələr pis deyil və işəgötürənlər universitet və kolleclərə nisbətən daha çox peşə təhsili ilə işləyirlər. Amma bu sahədə də artıma ehtiyac var".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Dekabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri