“Abşeron Lions”nun ilk transferi litvalı basketbolçu olub
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkəmizi FIBA Avropa kubokunda təmsil edəcək “Abşeron Lions” ilk transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, klub litvalı basketbolçu Gediminas Orelik heyətinə qatıb.
"Abşeron Lions" 35 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb. Orelik karyerası ərzində bir çox klubların şərəfini qoruyub. 2 metr boya malik hücumçu müxtəlif vaxtlarda Türkiyənin "Banvit" və "Beşiktaş" klublarının formasını geyinib. O, 2018-ci ildə İtaliyanın "Umara Reyer Venetsiya" klubu ilə FIBA Avropa kubokunun qalibi olmağı bacarıb. Gediminas son mövsümü Rumıniya təmsilçisi "Universitatya Kluj-Napoka" klubunun heyətində keçirib.
Qeyd edək ki, Abşeron təmsilçisi ilkin mərhələdə Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 01 Avqust 2025 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















