Icma.az
close
up
RU
Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib

Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 iyul, AZƏRTAC

Abşeron rayonunda 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla anıblar.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, o cümlədən xidmət zamanı həyatını itirmiş polislərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan polisinin şərəfli tarixinə və əzmkar fəaliyyətinə həsr edilən sənədli videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, polisin ölkədə sabitliyin qorunmasındakı rolunu qeyd edib. Vurğulayıb ki, polislər daim vətəndaşların xidmətindədir.

Azərbaycan polisinin inkişafı və nailiyyətlərinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran A.Fərzəliyev vurğulayıb ki, Ümummilli Liderin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev polis strukturuna daim diqqət və qayğı göstərir. Əldə olunan inkişafın nəticəsidir ki, respublikamızda ictimai asayiş nəzarət altında saxlanılır, cinayətkarlığa, o cümlədən onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir.

Abşeron Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Elnur Rəşidov hesabat xarakterli çıxış edib. Azərbaycan polisinin şərəfli tarixindən, o cümlədən fəaliyyətindən söz açıb.

Vətən müharibəsi şəhidi Rəşad Mehdiyevin atası, Birinci Qarabağ müharibəsi qazisi, keçmiş polis əməkdaşı Rəhman Mehdiyev Azərbaycan polisinin fəaliyyətindən, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərdən danışıb.

Daha sonra xidmətdə fərqlənən polis əməkdaşları rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.

Tədbir Xalq artistlərinin və tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii proqramla başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri