Icma.az
close
up
RU
MSN işçilərinin peşə bayramı qeyd olunub

MSN işçilərinin peşə bayramı qeyd olunub

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, əvvəlcə müdafiə sənayesi naziri Vüqar Mustafayev və əməkdaşlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da unudulmaz xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Peşə bayramı tədbiri geniş tərkibdə Beynəlxalq Muğam Mərkəzində davam etdirilib. Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət Himni səsləndirilib.

Sonra nazirliyin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Nazir Vüqar Mustafayev çıxışında 2024-cü ilin müdafiə sənayesi üçün uğurlarla yadda qaldığını qeyd edib. O, MSN-in təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX 2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin regionun ən böyük müdafiə sənayesi sərgisi olduğunu, həcminə görə isə ölkə tarixində keçirilən ən böyük sərgi statusunu qazandığını bildirib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin sərgidə nümayiş etdirilən hərbi məhsullarla bilavasitə tanış olması dövlətin müdafiə sənayesi sahəsinə və hərbi quruculuq məsələlərinə xüsusi diqqətinin bariz nümunəsidir.

Azərbaycanın müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yaradıldığını diqqətə çatdıran nazir qurumun ölkənin iqtisadi gücünün artırılmasına da layiqli töhfələr verdiyini deyib. V.Mustafayev son iki ildə dövlət müdafiə sifarişinin həcminin və icrasının 5 dəfədən çox artdığını, bunun müdafiə sənayesinin yüksələn xətlə inkişafının əyani nümunəsi olduğunu vurğulayıb.

Dövlətimizin başçısının Müdafiə Sənayesi Nazirliyinin qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir, bu vəzifələrin müdafiə sənayesinin möhkəmləndirilməsi və şaxələndirilməsi istiqamətində zəruri kompleks tədbirlərin həyata keçirilməsini tələb etdiyini diqqətə çatdırıb. O, bu il, həmçinin MSN-in tabeliyində olan Milli Aerokosmik Agentliyinin (MAKA) yaranmasının 50 illik yubileyinin qeyd olunduğunu bildirib.

MAKA-nın baş direktoru Natiq Cavadov çıxışında Agentliyin yaranma tarixindən və qurumun əldə etdiyi uğurlardan danışıb.

MSN-in məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev nazirliyin müəssisələrində istehsal edilən silah və hərbi texnikanın Vətən müharibəsi zamanı əldə olunmuş tarixi Qələbənin qazanılmasında, düşmənin torpaqlarımızdan qovulmasında xüsusi rolunu qeyd edib.

Tədbir bədii proqramla davam etdirilib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

siyasət

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir - PREZİDENT

Siyasət

Bakıda Qətər Dövlətinin Müstəqillik Günü qeyd edilib - FOTOLAR

Siyasət

Prezident Qərbi azərbaycanlılar məsələsindən danışıb

Siyasət

"Prezident müsahibəsində açıq danışmağı sevir" - ŞƏRH EDİLDİ

Siyasət

"Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar..." - Dövlət başçısı

Siyasət

Müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir - İlham Əliyev

Siyasət

Muxtar Babayev qətərli iş adamlarına çağırış etdi

Siyasət

İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil aktor kimi qəbul edilir - PREZİDENT

Siyasət

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır - Prezident

Siyasət

İlham Əliyev Qətər əmirini təbrik edib

Siyasət

Türkiyə hücuma hazırlaşır - ABŞ niyə narahatdır? - (SƏS TV - CANLI)

Siyasət

İslam və Xristian dinlərinə aid ibadət ocaqları darmadağın edilib - KOMİTƏ SƏDRİ - FOTOLAR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri