Icma.az
close
up
RU
Abşeron rayonunda 12 noyabr Konstitusiya Günü qeyd edilib

Abşeron rayonunda 12 noyabr Konstitusiya Günü qeyd edilib

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr - Konstitusiya Günü qeyd edilib. Xırdalan şəhərində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Ramid Namazov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzinin foyesində rəsmlərdən ibarət təşkil olunan sərgiyə baxış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb, Dövlət Himni oxunub.

Sonra Abşeron RİH tərəfindən hazırlanmış Konstitusiyamızın 30 illiyinə həsr olunan sənədli film nümayiş olunub.

Tədbirdə iştirakçıları Konstitusiya Günü münasibəti ilə təbrik edən Abşeron RİH-in başçısı Abdin Fərzəliyev ölkəmizdə konstitusiyanın yaranmasından, Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən və konstitusiyada olan maddələrin yerinə yetirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər barədə çıxış edib. O bildirb ki, 1978-ci il aprelin 2-də Ulu Öndər Heydər Əliyevin təklifi ilə o dövrdə yeni Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi redaksiyada verilib. Ulu Öndər Heydər Əliyev bu tarixi əhəmiyyətli fəaliyyəti ilə dilimizin keşiyində durmuş, bu maddəni dövlətin əsas qanunu olan Konstitusiyaya salmaqla xalqımızın gələcək taleyini təmin etmişdir.

Bildirilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra onun konstitusiyasının qəbulu, burada müstəqilliyimizi təsbit edəcək maddələrin salınması və inkişaf yolumuzun müəyyənləşdirilməsi ən ümdə duran məsələlərdən biri olub. Müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanıb. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Beləliklə, dövlətimizin əsas qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanılıb.

RİH başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi dövlət siyasətimiz bu gün də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Müzəffər Ali Baş Komandanımızın uzaqgörənliyi, siyasi iradəsi, qətiyyəti, ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı sayəsində xalqımız düşmən üzərində qalib gəldi və bununla da Konstitusiyamızın əsas maddələri olan - ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.

Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Prokuroru Qabil Qasımov, Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə çıxış edərək müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi əhəmiyyətindən, 44 günlük Vətən Müharibəsinfə qazanılan şanlı qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından danışıblar. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri