Icma.az
close
up
RU
Abşeron təhsilinin şok maliyyə cinayətləri, müdhiş talan faktları Prezidentə müraciət edildi

Abşeron təhsilinin şok maliyyə cinayətləri, müdhiş talan faktları Prezidentə müraciət edildi

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azərbaycan təhsili adına böyük bir utancın yaşandığı Abşeron-Xızı Regional Təhsil İdarəsində sular durulmaq bilmir ki, bilmir.
Əgər belə demək mümkündürsə idarə rəhbəri İlhamə Abdullayeva və onun havadarlarının biznes maraqlarına qurban verilən və ölkənin çox böyük hissəsini əhatə edən regional idarədə demək olar ki, ölkə qanunları işləmir. Qohumbazlığın, klan sisteminin bərqərar olunduğu Abşeron-Xızı RTİ barədə əlaqədar dövlət qurumları heç bir tədbir görmür və yaxud görmək iqtidarında deyil.
Öncə qeyd edək ki, məhz qohumluq, dostluq əlaqələri hesabına belə yüksək posta sahiblənən İlhamə Abdullayeva elə RTİ –ni də məhz bu prinsiplərlə idarə edir. Vəzifəyə təyin olunmasında dayısı, iş adamı, mediada adı vergi ödəməməkdə, şübhəli tenderlərdə hallanan “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun böyük rolu olduğu bildirilən İ.Abdullayeva təhsil sistemini də elə şəxsi MMC-sinə çevirib. Regionun bütün böyük təhsil ocaqları onun yaxın qohumları, rəfiqələri, eləcə də bu və ya digər yaxın əlaqələri olan şəxslər arasında bölüşdürülüb. Hər hansı kadrının əməlləri ifşa olunduqda isə sadəcə yeri dəyişdirilir. Necə olsa da, qos-qoca bir region İlhamə xanımın əlindədir. Kimi hara istəsə, təyin edə bilir. Bu barədə mediada o qədər məlumatlar verilib ki, ölkə ictimaiyyəti İ.Abdullayevanın demək olar ki, bütün qohum-əqrəbasını tanıyır.
İ.Abdullayevanın himayədarları arasında Sumqayıtın deputatı, adı təhsil sitemində məhşuri-cahan olan Mehriban Vəliyevanın adını çəkməsək insafsızlıq olar. Xüsusilə rəfiqəsinin qanunverici orqana seçilməsindən sonra əl-qolu daha da açılan İlhamə Abdullayeva daha qanunlara heç gözünün ucu ilə də baxmır.
Özünü Ceyhun Bayramovun kadrı kimi təqdim etməkdən zövq alan İlhamə Abdullayeva Azərbaycanın xarici siyasətində böyük uğurlara imza atan bir şəxsin imicini zədələməkdən belə çəkinmir. Çünki belə fəaliyyətlə Ceyhun müəllimin istər təhsil , istərsə də xarici siyasət sahəsində gördüyü böyük işlərə ancaq kölgə salmaq olar.
Görünən odur ki, təhsil sahəsinə cavabdeh olan dövlət qurumları və konkret şəxslər İlhamə Abdullayevanın qanunsuz əməllərinə hansısa səbəbdən “dur” demək istəmirlər. Bəlkə də onlar kimlərləsə körpüləri yandırmaqdan çəkinirlər, yaxud da buna sadəcə gücləri çatmır.
Biz dövlətin prioritet sahələrindən biri olan təhsil sisteminin bir qrupun, bir ailənin maraqlarına qurban verilməsinə göz yuma bilmərik. Cənab prezidentin etimadını şəxsi maraqlarına qurban verənlər təkcə bu günümüzə yox, həm də gələcəyimizə balta çalanlardır.
Abşeron təhsilinin ,, ərəbzəngisi” – Şok maliyyə cinayətləri, müdhiş talan faktları…

Sözsüz ki, Azərbaycan təhsil sistemində 11 nəfərlik yığma heyət formalaşdırmaq lazım olsa, yəqin ki, siyahının başında Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva gələr.
Üstəgəl, onun heyətdəki ampulası hücumçu yox, qapıçı ola bilər. Çünki Abşeron təhsilinin qapısında elə “möhkəm” dayanıb ki, gedən də, gələn də o qapıdan keçmək üçün xərac, töycü verməlidir. Bəs nə bilmişdiz? Hətta İlhamə Abdullayevanı təhsil sektorunun “ərəbzəngi”si adlandıranlar da var.
Yeri gəlmişkən, “ərəbzəngi” dedik, “Son zəng” yada düşdü. Artıq daha bir tədrisinin ilinin axırına yaxınlaşırıq. Bu ərəfədə “Son zəng” üçün pul yığılması haqda ayrı-ayrı məktəblərdən müxtəlif sədalar, səslər, “zəng”lər eşidilməkdədir.
Elə Abşeron təhsilində də “zəngulə”lər duyulmaqdadır. Bir rayonun təhsil şefi “ərəbzəngi” adlanırsa, onun tabeliyində olan məktəblərdən hansı xəbərlər eşitmək olar ki?!
Amma Abşeron rayonunda valideynlərin əksəriyyəti yeni tədris ili üçün indidən nəzir deyiblər – İlhamə Abdullayeva yola salınarsa…
Bu barədə Xırdalan, Masazır və bir sıra yerlərdə olan məktəblərdən xəbərlər gəlməkdədir. Eləcə də Xızı rayonu da onlardan geri qalmır.
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsi rəhbərinin şüarıdır
Rubrika.Az-ın əldə etdiyi məlumata görə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva karyerasının son akkordlarını vurur. 2022-ci ildə bu vəzifəyə təyinat alan İ.Abdullayeva son üç ildə Abşeron və Xızı təhsil sektorunu az qala Qəzza zolağına çevirib – yəni məhv etməkdədir.
Onsuz da təhsilin keyfiyyəti ürəkaçan deyildi, Abdullayeva isə böhranı bir qədər də dərinləşdirdi. Buna da səbəb hər addımbaşı pul istənilməsidir. Pul, pul, bir də pul – regional təhsil idarəsi rəhbərinin şüarıdır. Yəni Lenin kimi, “oxumaq, oxumaq, bir də oxumaq!” şüarı deformasiyaya uğrayıb, İlhamə Abdullayeva onu pulla əvəzləyib. Ona görə də Abşeron təhsil ictimaiyyəti, valideynlər, müəllimlər narazıdırlar. Razı qalan bircə məktəb direktorlarıdır. Bu da təhsil şefi ilə olan işbirliyindən irəli gəlir.
Gəlin faktlara nəzər salaq: birincisi, İlhamə Abdullayevanın adı forma biznesində hallanıb. Yeni tədris ilində vəzifəsindən getməsə, yenə də bu alverdən pul çıxaracaq.
Bundan əlavə, Abdullayeva rəhbərlik etdiyi sahədə görün nə qədər nöqsanlara yol verib ki, bu ilin əvvəlindən Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrini və o cümlədən ümumitəhsil müəssisələrində yoxlamalar aparıb.
Deməli, dövlət xidmətinə maliyyə pozuntuları barədə səhih məlumatlar daxil olub ki, bu araşdırmalar aparılır. Niyə bu yoxlamalar başqa regionda həyata keçirilmir? Çünki İlhamə Abdullayevanın ayağında ciddi maliyyə cinayətləri, maxinasiyalar olduğu haqda iddialar səslənir.
Misal üçün Həziyeva Vəfa Sevdimalı qızı aprelin 12-də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Abşerona təyin olunmuş komissiya sədrinə müraciət edib. Bildirib ki, yoxlama komissiyasının adına Xırdalan 2 nömrəli məktəbin direktoru Gülnaz Kərimova pul yığır.
İlhamə Abdullayeva nəinki maliyyə yeyintilərinə yol verir, üstəlik, bu özbaşınalıqların aşkarlanması üçün komissiya gələndə onu “yola vermək” üçün direktorlara pul yığmağı tapşırır. “Bu pullar hara gedir,maraqlanan olub, ay Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva?”,_ deyə müraciətdən ritorik sualla bir iqtibas təqdim edirik.
Lakin bu, bir məktəbdən nümunədir. Əslində, Abşeron təhsilinin ümumi mənzərəsini ifadə edir. Sadəcə, İ.Abdullayevanın bərbad idarəçiliyi vəziyyəti bu həddə çatdırıb.
Ümumiyyətlə, vəzifəyə yaxın qohumu olan “Körpü-Bina Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun hərtərəfli yardımı ilə təyin olunan İlhamə Abdullayeva kresloya oturar-oturmaz ilk gündən rüşvətə körpü atıb, elmin, təhsilin xarabalıqları üzərində öz hegemonluğunu inşa etdirib.
Məsələn, başqa bir fakta diqqət yetirək – yuxarı siniflərdə təhsil “bazar qanun”ları ilə həyata keçirilir. Belə ki, jurnallarda 35-40 şagirdin adı yazılsa da, sinif otaqlarında 5-10 nəfər şagird tapılır. Onlar da gününü keçirmək üçün məktəbə gələnlərdir.
Oxuyanlar isə elə məktəb direktorlarının, RTİ əməkdaşlarının hazırlıq kurslarında təhsil alırlar. Media resurslarında yayılan xəbərlərə görə, bir şagirdin 1500-2500 manat arasında “yola verildiyi” bildirilir. İndi ortada hansı məbləğin dolaşdığını təsəvvür etmək çətin olmaz. Sözsüz ki, bu biznesin piramidasının başında İlhamə Abdullayeva Misir fironu kimi oturub.
Eyni zamanda, məktəblərdə dərs saatlarının satılması adi hal alıb. Verilən məlumatlarda bildirilir ki,hazırda müəllimlər “aylığa” məhkum edilib. Həmçinin müxtəlif adlar altında pul toplanması, yersiz yoxlamalar vasitəsilə məktəblərin talanması adi hal alıb. Çox qəribədir ki, idarənin tabeçiliyində olan qalmaqallı orta məktəblərin direktorları İlhamə Abdullayevanın qohum-əqrəbalarıdır.
Məsələn, doğmaca xalası qızı olduğu deyilən Arifə Balakişiyeva. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinin direktorudur. Hansı ki, həmin məktəb gah rüşvət, gah şagird, gah müəllim qalmaqalları ilə şou-biznes nümayəndələrini geridə qoyur.
Bacısı Ceyhunə Abdullayevanın adı Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi kimi rəsmiləşdirilsə də özü İlhamə xanımın gözəllik salonuna rəhbərlik edir. İşin maraqlı və sirli tərəfi budur ki, regionun bir neçə məktəb direktorları və uşaq bağçalarının müdirlərinin çalışdıqları müəssisədə yol verdikləri nöqsanlara, yeyinti və qanunsuz pul yığılması barəsindəki məlumatlara rəğmən İlhamə Abdullayeva və ona tabe olan Gülnaz Kərimova, Arifə Balakişiyeva, Fəranə Məhərrəmova, Günay Həsənova, Arzu Məmmədova və sair hər biri rəhbər vəzifədədirlər. Onlardan bəzilərinin “cəza”sı sadəcə “kürsüsünü götürüb” başqa təhsil müəssisəsinə köçürülmək olub.
Bundan əlavə, regional təhsil idarəsinin sütununu təşkil edən maliyyə-təsərrüfat sektoru acınacaqlı durumdadır. İllik büdcəsi 160 milyon manat civarında olan idarənin maliyyə sektoruna əvvəllər “Azərpoçt”da işləmiş, cəmi beş aylıq mühasib stajı olan Orxan Şirəliyev rəhbərlik edir. Orxan Şirəliyevin maraqlı məharətlərindən biri də Təmizlik Departamenti ilə bağlanmış müqavilə olub. Bu müqavilənin maliyyə dəyərini şəhərin təhsil müəsisələri arasında ata malı kimi 69,89 manat olmaqla, bərabər bölüb. Yəni mənimsəmə göz qabağındadır.
O da deyilir ki, bayramlar ayı olan martda məktəblər konkret olaraq bazara çevrilmişdi. O zaman Abdullayeva “qaz vurub, qazan doldurdu”. Yəni onun üçün əsl bayram oldu. Ümumiyyətlə, bir məmur qazancına uyğun gəlməyən dəbdəbəli həyat tərzi, övladına etdiyi bahalı toy məclisi ilə medianın gündəminə gəlmiş təhsil şefinin bundan sonra bu sahədə islahatlar aparacağına kimsə inanmır. Odur ki, Abşeron və Xızı təhsilinin bu problemdən qurtulması qaçılmaz görünür. Çünki qanqrena sağalmır, tək çarəsi budur ki…
Cənab Prezidentə, Birinci Vitse-prezident Mehriban xanıma müraciət edərək bildiririk ki, tezliklə tədbirlər görülməzsə, təhsil sisteminə vurulan bu yaraları sağaltmaq mümkün olmayacaq. İ.Abdullayevanın formalaşdırdığı tayfa idarəçiliyi, dövlət siyasətinin şəxsi maraqlara qurban verilməsi artıq bütün əndazələri aşıb. Bir neçə nəfərin maraqları ucbatından böyük bir regionda təhsil rəzaləti yaşanır. Zərbə isə dövlətə, xalqa və gələcəyimizə dəyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

23 May 2025 19:22see122

Eldar Əzimzadə kitabının son səhifəsində nə yazmışdı?

25 May 2025 00:27see122

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

23 May 2025 20:31see122

Heydər Əliyev və memarlıqda milli üslub

24 May 2025 01:22see121

Şənbə üçün nəzm

24 May 2025 08:15see120

Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub

24 May 2025 09:03see119

PSJ 16 cı dəfə Fransa Kubokunun qalibi olub

25 May 2025 01:49see118

Finlandiya rusiyalılara daşınmaz əmlak satışını qadağan etməyi planlaşdırır

24 May 2025 05:16see116

Ukrayna Xarici İşlər Nazirliyi Vatikanı danışıqlar üçün məqbul məkan sayır

23 May 2025 23:10see116

Ağcabədidə çiyid səpini başa çatıb

24 May 2025 12:28see116

Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? İDDİA

24 May 2025 00:13see116

Daha bir məktəb direktoru ilə bağlı QALMAQAL NƏ BAŞ VERİR?

24 May 2025 06:59see115

Bəyəndiyiniz xanımın paytaxtın “silikon vadisində” hansı emalatxanadan buraxıldığını öyrənin!

23 May 2025 19:24see115

La Liqa: “Osasuna” səfərdən 1 xalla qayıdıb

25 May 2025 02:08see114

Ölümdən başqa hər dərdə dərmandır Mözücəvi meyvə və onun sonsuz FAYDASI KONKRET

24 May 2025 11:53see114

Kartofla bağlı mühüm xəbər: Qiymət kəskin dəyişir? Açıqlama

23 May 2025 19:18see114

Bloomberg: Aİ Rusiyanın 20 bankını SWIFT dən ayrılmasını təklif edir

24 May 2025 12:07see114

Qərbi Azərbaycan İcmasının Ankara tədbirində kimlər iştirak etdi...

23 May 2025 17:48see113

Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib

23 May 2025 18:31see113

Bakıda keçirilən dünya çempionatında növbəti oyun gününə Qana İsrail görüşü ilə start veriləcək

24 May 2025 08:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri