Icma.az
close
up
RU
Şəhid və Qazi anasından Prezidentə şok müraciət

Şəhid və Qazi anasından Prezidentə şok müraciət

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ceyran Həsənova: “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil”

“Bu dəfə də şikayətimə müsbət cavab verilməsə, mən və oğlumun ailəsi ölkə vətəndaşlığından imtina etməyə məcbur olacağıq”

Torpaqlarımızın işğaldan azad olunması uğrunda bir oğlunu Şəhid verən, digər oğlu Qazi olan Tovuz rayonu, Vahidli kənd sakini Həsənova Ceyran Məhəmməd qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəislə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Məlumunuz olsun ki, bir oğlum Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş, digər oğlum düz yeddi il cəbhənin ən qaynar nöqtələrində könüllü olaraq döyüşmüş və sağlamlığını tamamilə itirmişdir. Üçüncü oğlum isə zabit kimi hərbi xidmət zamanı sağlamlığını itirmişdir.

Nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin keçmiş rəhbərliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq işdən azad etməklə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını kobud şəkildə pozublar.

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova, Aqrar Xidmətlər Agentliyinin yeni sədri Sərdar Hacıyevə etdiyim çoxsaylı müraciətlərim də təəssüf ki, nəticəsiz qalıb. Açığını deyim ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin mənə ünvanladığı məktubda açıq-aşkar onun Şəhid və Qazi ailələrinə olan nifrəti özünü aşkar surətdə biruzə  verməkdədir. Əvvəllər Mədəniyyət Nazirliyində böyük cinayətlərə yol verən Azad Cəfərli indi də bu nazirliyin Aparat rəhbərliyində öz əməllərini davam etdirməkdədir və həmin cavab məktubunu da müraciətimə əlavə edirəm.

Onu da qeyd edim ki, ölkı rəhbəri cənab İlham Əliyevə etdiyim müraciət bu cənabları qəzəbləndirib. Bu səbəbdən, qəzəblə sual edir ki, axı, ölkə Prezidentinə niyə müraciət etmisiniz?!

Bu məmurlar özlərini ağa hesab edirlər. Belə başa düşülür ki, bunların qanunsuz hərəkətlərindən heç kimə şikayət etmək olmaz. Bunlar öz cinayət əməllərini davam etdirməkdə israrlıdırlar.

Cənab Prezident!

Mənim 6 nəfər ailə üzvündən ibarət olan oğlum və onun həyat yoldaşı işsizdir. Onların 3 azyaşlı uşağı artıq 4 ildir ki, ac yaşayırlar, heç bir gəliri olmayan ailə artıq ölümə məhkumdur.

Onu da əlavə edirəm ki, vaxtilə oğlumdan 25 000 manat rüşvət tələb edən Rəşad Vahabzadənin həmyerliləri və havadarları olan Aparat rəhbəri Azad Cəfərli və Kadr şöbəsinin müdiri İlham Süleymanov bizim müraciətlərimizin Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova çatdırılmasına imkan vermir, oğlumun işlə təmin olunmasına hər vasitə ilə əngəl törədirlər. Hal-hazırda bu sahədə boş iş yeri olmasına baxmayaraq, oğlumu işlə təmin etmirlər.

Oğlum təcrübəli və savadlı mütəxəssis olmaqla, dəfələrlə nazirlikdə dərs keçib. Elmdən və qanundan xəbəri olmayan İlham Süleymanov və Azad Cəfərli isə öz maxinasiyaları ilə baş qatmaqla məşğuldurlar.

Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır. Dəfələrlə ölkə vətəndaşlığından imtina etsək də, imtinamıza bəzi qüvvələr mane olur. Artıq son dəfə Sizdən kömək istəyirəm.

Siz hər bir vətəndaşın qarantısınız və qanunu pozan bu cinayətkar ünsürlər öz cəzalarına çatmalıdırlar. İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil və bunun acı nəticələri özünü lap tezliklə biruzə verəcəkdir.

Hörmətli Prezident!

Bu dəfə də məktubum Sizə çatmasa və şikayətimizə müsbət cavab verilməsə, mən və oğlumun ailəsi ölkə vətəndaşlığından imtina etməyə məcbur olacağıq. Xahiş edirəm, bizdən dəstəyinizi əsirgəməyin, çünki 3 azyaşlı körpənin ac-yalavac yaşaması mümkün deyil”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri