Icma.az
close
up
RU
Abşeronda 24 yaşlı oğlan ana və qızına qarşı dələduzluq etdi

Abşeronda 24 yaşlı oğlan ana və qızına qarşı dələduzluq etdi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Abşeron rayonunda 24 yaşlı oğlan qadına qarşı dələduzluq edib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, 2001-ci il təvəllüdlü Ülvi özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Sevtlana Elləzovanın ona həvalə edilmiş 1000 manatı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə apararaq onun tanışına çatdıracağına dair yalan vəd verib. 
Bu səbəbdən o, Xırdalan şəhərində qadından yaşayış kompleksində yerləşən evinin qarşısında nağd şəkildə verdiyi 1000 manat pulu alıb. Amma vədinə əməl etməyib, həmin məbləği ələ keçirib. 
Ülvinin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Sevtlana və qızı Ayseli uzun müddətdir tanıyır: 
“Onlarla qonşuyam, aramızda heç bir ədavət olmayıb. Əvvəllər taksi sürücüsü kimi onları hər yerə mən aparmışam. 2025-ci ildə Aysel mənə zəng vuraraq Bakıxanov qəsəbəsinə bağlama və pul göndərmək istədiyini, lakin pula görə etibarlı adam lazım olduğunu bildirdi. Ayselə bildirdim ki, narahat olmasın, həmin bağlamanı da, pulu da apararam”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün axşam  saatlarında Ayselgilin yaşadığı yaşayış kompleksinə gəlib və onların mərtəbəsinə qalxıb: 
“Ayseldən həmin bir ədəd bağlamanı və pul olan qutunu götürdüm. Qutunu götürən zaman Aysel və anası Sevtlana Elləzova pulu göstərdilər,  ehtiyatlı olmağımı istədilər. Mən bağlamanı və pulu götürərək avtomobilimə getdim. Həmin ərəfələrdə bir neçə nəfərə borcum olduğundan və borcumu gecikdirdiyindən mənə təcili pul lazım olub. Bu səbəbdən də avtomobilə çatanadək Ayseldən aldığım pulu qutundan götürdüm. Avtomobilə əyləşən kimi Kamran adlı dostuma olan 100 manat borcumu verdim. 
Daha sonra Bakıxanov qəsəbəsinə gedərək içərisinə pul  qoyulmuş qutunu da bağlamanın içərisinə qoydum və sonradan adının Firuzə olduğunu öyrəndiyim qadına çatdırdım. Bir qədər keçdikdən sonra Ayselin zəng vurduğunu gördüm. Amma ona cavab vermədim. Sonra ardıcıl zəng vurduğundan cavab verdim. Aysel və anası pulun qutuda olmadığını bildirdilər. Onlara ola bilsin avtomobilə düşdüyünü dedim. 
Bir gün sonra isə Ayselə cavab vermədim. Aysel zəng vuraraq pulu minim  götürdüyümü dedi. Mən də onlara pulu götürmədiyimi bildirdim. Həmin qutudan götürdüyüm 1000 manatdan qalan 900 manat pulu isə borclarımı bağlamaq və şəxsi ehtiyaclarım üçün xərcləmişəm. Problemlərimi həll etdikdən sonra Ayselə həmin məbləği qaytarmaq istəmişəm. Lakin maddi vəziyyətim pis olduğundan pulu qaytara bilməmişəm”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Ülvi 7 ay 28  gün azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddətində Abşeron rayon hüdudlarından kənara çıxmamaq tapşırılıb. Onun bu müddətdə hər gün saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi qadağan olunub. 
Bundan əlavə Ülviyə elektron nəzarət vasitəsini  gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tapşırılıb. Bu hallar müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna edilib. 
Onun üzərinə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin  dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri