Icma.az
close
up
RU
TƏCİLİ! Abşeronda hoteldə kişi tanış olduğu qadına qarşı dələduzluq etdi

TƏCİLİ! Abşeronda hoteldə kişi tanış olduğu qadına qarşı dələduzluq etdi

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1974-cü il təvəllüdlü Rza qeyri-rəsmi münasibətdə olduğu Məryəmə qarşı dələduzluq edib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, o, tanışı Məryəmin etibarından sui-istifadə edib və ona ev alacağına dair yalan vəd verib. Aldatma yolu ilə qadından ümumilikdə 3000 manat alıb. 
Rzanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, onun sənədlə adı Rza olsa da, tanışları onu Kamran kimi tanıyırlar: 
“Barəmdə şikayət edən zərərçəkmiş Məryəmi 1 ildən çox müddətdir ki, tanıyıram. Onunla Bakı şəhəri, 3-cü mikrorayon bazarının qarşısında yerləşən “Eleon” hoteldə tanış olmuşam. Həmin hotelin texniki işlərinə nəzarət etmişəm. Özüm kamera quraşdırılması və servisi ilə məşğul oluram. Həmin hotelin texniki işlərinə də baxıram. Məryəm isə həmin hoteldə xadimə işləyib. Tanışlığımız burdan yaranıb və sonradan onunla qeyri-rəsmi münasibətim olub”. 
Rza qeyd edib ki, 2024-cü ilin mart ayının əvvəllərində Məryəm ona ev almaq istədiyini deyib:
“Bunun əsasında Məryəmə təklif etdim ki, ev almaq istəyirsə, ona köməklik göstərə bilərəm. Məryəmə dedim ki, tanışlarım var, lakin evi almaq üçün 3000 manat pul verməlidir. Məryəm mənimlə razılaşdı və kartıma əvvəlcə 2500 manat göndərdi, sonradan isə 500 manat da əlavə olaraq göndərdi. Məryəmdən 3000 manatı onu aldadaraq  almışam. Bundan sonra Məryəm evi soruşduqda, ona bir qədər vaxt lazım olduğunu bildirmişəm. Ondan aldığım pulu öz tələbatlarıma xərcləmişəm. Sonradan Məryəm pulu geri tələb etdikdə ona müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışam. Lakin qaytara bilməmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2800 manat ödəniş edə biləcəyini zərərçəkmişə bildirib: 
“Amma zərərçəkmiş qəbul etmədi. Pulu ona faizlə götürərək verməsinə əsaslandı və artıq məbləğ istədi. Həmin pul da xərclənib. Azadlığa buraxılaramsa, qısa vaxt ərzində borcu tam ödəmək niyyətindəyəm”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rza 1 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 5 noyabr 2025-ci il tarixdən hesablanması qərara alınıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri