Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsə hökm oxunub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunda bacısı qızını öldürməkdə təqsirləndirilən Şakir Rzayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Şakir Rzayev törətdiyi əməldə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 30-u saat 13 radələrində Abşeron rayonunun Masazır kəndində baş verib. Kənddə 38 yaşlı Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 58 yaşlı Şakir Rzayevin bıçaqla xəsarətlər yetirərək bacısı qızı Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Şakir Rzayevə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 25 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















