Donald Tramp: Avropa ölkələri Ukraynanın gələcək təhlükəsizlik zəmanətlərində fəal iştirak edəcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton, 28 dekabr, AZƏRTAC
Avropa ölkələri Ukraynanın gələcək təhlükəsizlik zəmanətlərində fəal iştirak edəcək.
AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Təhlükəsizlik sahəsində görülə biləcək tədbirlər və təmin olunacaq avadanlıqlar nəzərdən keçirləcək. Bu, davamlı bir razılaşma olacaq. Avropa ölkələri bu prosesdə fəal iştirak edirlər", - deyə Tramp əlavə edib.
O bildirib ki, Ukraynadakı münaqişənin həlli Kiyevə əhəmiyyətli iqtisadi fayda gətirə bilər.
"Müharibənin həllinin Ukrayna üçün də əhəmiyyətli iqtisadi faydaları var. Qarşıda onları böyük yenidənqurma işləri gözləyir. Həmçinin ölkənin əhəmiyyətli resursları var", - deyə ABŞ Prezidenti vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 Dekabr 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















