Abşeronda ailə sağlamlıq mərkəzlərini kəndli fermer təsərrüfatı isidəcək
Icma.az bildirir, Pravda.az-ə əsaslanaraq Abşeronda ailə sağlamlıq mərkəzlərini kəndli fermer təsərrüfatı isidəcək.
Abşeronda ailə sağlamlıq mərkəzlərini F.H.Abbasova və E.M, Abbasovun tam ortaqlı Mahmud Kəndli Fermer Təsərrüfatı isidəcək.
Pravda.az-ın xəbərinə görə, bu məqsədlə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi kəndli fermer təsərrüfatı ilə müqavilə bağlayıb.
Satınalma proseduru dövlətsatınalmalarının vahid internet portalında keçirilməyib.
Xidmətin ümumi dəyəri 40 267 AZN-dir.
Cabir Həsənov
