Abşeronda kişi qətlə yetirilib, saxlanılan var
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Yeni Sabah"a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.

Abşeronda kişi qətlə yetirildi
13 İyun 2025 09:42
Abşeronda DƏHŞƏTLİ QƏTL: Saxlanılan var
14 Aprel 2025 09:58
Maştağada qadın qətlə yetirilib, saxlanılan var
29 Noyabr 2024 10:06
Abşeronda 52 yaşlı kişi qətlə yetirildi
14 Aprel 2025 04:37
Abşeronda oğul anasını qətlə yetirib
31 Mart 2025 11:59

