Icma.az
close
up
RU
Abşeronda yol infrastrukturu yenilənir

Abşeronda yol infrastrukturu yenilənir

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin deputatı Nigar Məmmədova Milli Məclisinin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək ölkədə aparılan dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Nigar Məmmədovanın sözlərinə görə, dövlət siyasətində regional infrastrukturun inkişafına xüsusi önəm verilir. O, Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Prezidentin imzaladığı son sərəncamın bunun bariz nümunəsi olduğunu vurğulayıb. Sərəncama əsasən, Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yolları əsaslı şəkildə yenilənəcək. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1 milyon 400 min manat vəsait ayrılıb.

Deputat bildirib ki, yol infrastrukturunun yaxşılaşdırılması təkcə nəqliyyat əlçatanlığını artırmır, eyni zamanda ərazilərin sosial-iqtisadi inkişafına, əhalinin tibbi xidmətlərə, təhsilə və iş yerlərinə çıxışının genişlənməsinə şərait yaradır, təhlükəsizliyi və sahibkarlığın inkişafını stimullaşdırır.

Nigar Məmmədova əlavə edib ki, sözügedən sərəncam yerli səviyyədə mövcud real ehtiyacları nəzərə alır və mərkəzi, eləcə də regional icra orqanları arasında əməkdaşlığın gücləndirilməsinə imkan verir. O, göstərilən diqqətə görə Prezident İlham Əliyevə həm öz adından, həm də seçiciləri adından minnətdarlığını ifadə edib.

Afət ZİYADQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 23 Dekabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri