Abşeronun faktiki əhalisi rəsmi rəqəmdən xeyli çoxdur
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
“Rəsmi məlumatlara görə, Abşeron rayonunda 400 mindən çox insan yaşayır. Lakin faktiki əhalinin sayı bundan xeyli artıqdır. Bu isə kommunal xidmətlərə, təhsil və səhiyyə infrastrukturuna ciddi əlavə yük yaradır”.
Modern.az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, rayonun mövcud xəstəxana infrastrukturu artan tələbatı qarşılamaq üçün kifayət etmir. Abşeronun mühüm nəqliyyat qovşağı olduğunu vurğulayan R.Nəbiyev buradakı tibb müəssisələrinə rayon sakinləri ilə yanaşı, təcili tibbi yardıma ehtiyac duyan digər vətəndaşların da müraciət etdiyini söyləyib.
O, İqtisadiyyat və Səhiyyə nazirliklərini Xırdalan şəhərində və ya rayonun digər münasib ərazisində yeni xəstəxananın tikintisinin 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini prioritet qaydada nəzərdən keçirməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Noyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















