Icma.az
close
up
RU
Bakı və Abşeronun çağdaş su konsepsiyası

Bakı və Abşeronun çağdaş su konsepsiyası

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Paytaxt və ətraf məntəqələrin içməli su problemi aradan qaldırılacaq

Müasir dünyada su resurslarının idarə olunması kommunal təsərrüfat problemi olmaqla bərabər, iqtisadi inkişafın, sosial rifahın və ekoloji təhlükəsizliyin əsas şərtlərindən biridir. Xüsusilə iqlim dəyişikliklərinin təsiri, urbanizasiyanın sürətlənməsi və əhalinin artımı fonunda böyük şəhərlərdə su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi strateji önəm daşıyır. Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirə də məhz bu reallıqlar fonunda Bakı şəhəri və Abşeron yarımadası üçün uzunmüddətli, sistemli və dayanıqlı yanaşmanın formalaşdırılması istiqamətində atılan əhəmiyyətli bir addımdır.

Azərbaycan lideri çıxışında Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramının paytaxt və ətraf ərazilərdə su təsərrüfatının bütün zəncirini – içməli su mənbələrindən tutmuş yağış və tullantı sularının təhlükəsiz şəkildə idarə edilməsinədək olan mərhələni vahid konsepsiya çərçivəsində birləşdirən mühüm sənəd kimi dəyərləndirərək deyib: “Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib”.    

Prezident İlham Əliyev müşavirədəki çıxışında Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemləri ilə bağlı mövcud vəziyyəti də geniş təhlil edərək, illər ərzində yığılıb qalmış problemlərin kompleks həllinin zəruriliyini vurğulayıb. Dövlət başçısı paytaxtın sürətli inkişafı, yeni yaşayış massivlərinin salınması və infrastrukturun genişlənməsinin mövcud sistemlər üzərində ciddi təzyiq yaratdığını xüsusi qeyd edib. 

Azərbaycan liderinin çıxışında əsas mesajlardan biri ondan ibarət idi ki, məsələni epizodik tədbirlərlə deyil, uzunmüddətli strateji planlama yolu ilə həll etmək lazımdır. Bu baxımdan Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı  təkcə texniki layihələr toplusu deyil, eyni zamanda,  şəhərsalma siyasəti, ekoloji balans və sosial rifahı əhatə edən  mükəmməl yol xəritəsidir.

Müşavirədə qeyd olunub ki, Bakı və Abşeron yarımadası ölkə əhalisinin və iqtisadi potensialının böyük hissəsini cəmləşdirir. Bu isə suya olan tələbatın ildən-ilə artmasını şərtləndirir. Vəziyyəti ağırlaşdıran problem əsasən mövcud su mənbələrinin bir hissəsinin istismar müddətini başa vurmuş infrastruktura bağlıdır, itkilər isə bəzi sahələrdə hələ də yüksək olaraq qalır. Digər   problem isə tullantı və yağış sularının idarə olunmasındakı çətinliklərlə əlaqədardır. Buna görə də qısamüddətli intensiv yağıntılar zamanı paytaxtda müşahidə olunan subasmalar, küçə və prospektlərin su altında qalması bu sahədə köklü dəyişikliklərin zəruriliyini açıq şəkildə göstərir. Dövlət Proqramı məhz bu problemlərin aradan qaldırılmasını prioritet istiqamət kimi müəyyən edir.

Müşavirədə diqqətçəkən əsas mövzulardan biri tullantı və yağış sularının ayrılıqda və müasir standartlara uyğun şəkildə idarə olunması idi. Qeyd olundu ki, köhnə sistemlərdə bu suların qarışması həm ekoloji risklər yaradır, həm də təmizləmə qurğularının səmərəliyini azaldır. Yeni Dövlət Proqramında bu sahədə beynəlxalq təcrübəyə əsaslanan yanaşmaların tətbiqi nəzərdə tutulur. Sənəddə, eyni zamanda, müasir kollektor sistemləri, yeni nasos stansiyaları, yağış sularının toplanılması və təkrar istifadəsi imkanlarının şəhər mühitinin keyfiyyətinin yüksəldilməsinə mühüm təsir göstərəcəyi vurğulanır. Bu, həm də haqlı olaraq Bakının iqlim dəyişikliklərinə davamlılığını artıracaq mühüm addım kimi qiymətləndirilir.

Müşavirədə çıxış edən aidiyyəti qurumların rəhbərləri Dövlət Proqramının icrası çərçivəsində görüləcək konkret işlər barədə ətraflı məlumat verdilər. Bildirildi ki, proqram yeni obyektlərin tikintisi ilə bərabər, mövcud infrastrukturun yenilənməsi, rəqəmsal monitorinq sistemlərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini də əhatə edir. Xüsusi vurğulandı ki, su təsərrüfatında itkilərin azaldılması üçün “ağıllı” su şəbəkələri, real vaxt rejimində nəzarət və avtomatlaşdırma texnologiyalarından da geniş istifadə olunacaq. Bu yanaşma həm iqtisadi səmərəliyi artıracaq, həm də resursların qorunmasına xidmət edəcək.

Dövlət Proqramının əsas məqsədlərindən biri də əhalinin həyat keyfiyyətinin yüksəldilməsidir. Sabit və keyfiyyətli su təchizatının yaxşılaşdırılması, kanalizasiya problemlərinin aradan qaldırılması, subasma risklərinin minimuma endirilməsi isə paytaxt sakinlərinin gündəlik həyatına birbaşa təsir göstərən amillərdir. Prezident İlham Əliyev bununla bağlı  müşavirədə vurğuladı ki, həyata keçirilən bütün layihələrin mərkəzində vətəndaş dayanmalıdır. İnfrastrukturun inkişafı insanların rahatlığına, sağlamlığına və təhlükəsizliyinə xidmət etməlidir. Bu yanaşma sosial dövlət konsepsiyasının praktik təzahürü kimi qiymətləndirilir.

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı Azərbaycanın beynəlxalq öhdəlikləri və dayanıqlı inkişaf məqsədləri ilə də uzlaşır. Yeri gəlmişkən, su resurslarının səmərəli idarə olunması, ekosistemlərin qorunması və şəhərlərin dayanıqlılığının artırılması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas komponentlərindən biridir.  Bu baxımdan Bakı və Abşeron yarımadasında həyata keçiriləcək layihələr təkcə yerli deyil, eyni zamanda, regional və qlobal miqyasda da mühüm önəm  daşıyır. Azərbaycan bu sahədə müasir yanaşmaları tətbiq etməklə nümunəvi model formalaşdırmaq niyyətindədir.

Müşavirədə adıçəkilən Dövlət Proqramının maliyyələşmə mənbələri və icra mexanizmləri də müzakirə olundu. Qeyd edildi ki, layihələrin mərhələli şəkildə həyata keçirilməsi, vəsaitlərin səmərəli istifadəsi və ictimai nəzarətin təmin edilməsi əsas prinsiplərdən olacaq. Prezident İlham Əliyev bu sahədə ciddi nəzarət mexanizmlərinin qurulmasının vacibliyini xüsusi vurğuladı. Dövlət başçısının fikrincə, iri infrastruktur layihələri yalnız texniki cəhətdən deyil, həm də idarəetmə və məsuliyyət baxımından da mükəmməl olmalıdır. 

Yanvarın 12-də keçirilən müşavirə bir daha göstərdi ki, Bakı şəhəri və Abşeron yarımadasının gələcək inkişafı üçün su təsərrüfatının modernləşdirilməsi həlledici əhəmiyyət daşıyır. Bu istiqamətdə son illər reallaşdırılan genişmiqyaslı layihələr də 2026–2035-ci illər üzrə Dövlət Proqramının paytaxtın infrastruktur simasını dəyişəcəyini, ekoloji təhlükəsizliyi möhkəmləndirəcəyini  və şəhər mühitinin keyfiyyətini yeni səviyyəyə qaldıracağını deməyə əsas verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən bu strateji xətt Bakını təkcə regionun deyil, daha geniş coğrafiyanın müasir və dayanıqlı şəhərlərindən birinə çevirməyi hədəfləyir. Qarşıdakı onillikdə atılacaq addımlar paytaxt sakinlərinin rifahında, şəhərin görünüşündə və ölkənin ümumi inkişaf modelində öz aydın əksini tapacaq.

Vaqif BİNYATOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see317

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see272

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see213

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see213

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see201

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see196

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see193

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see192

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see192

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see190

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see184

Keyn matçın ən yaxşı oyunçusu seçildi Linekerə çatdı

18 İyun 2026 02:23see182

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see182

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see178

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see177

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see177

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see175

Tramp: İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq

17 İyun 2026 21:48see173

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see163

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri