ABŞnin dəstəklədiyi Netanyahu həbs edilməyəcək Politoloq açıqladı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair order verməsi Avropa liberal siyasətçiləri arasında heç kimin toxunulmaz olmadığını göstərdi.
KONKRET.az xəbər verir ki, bunu politoloq Viktor Şedrin “Moskva Region Today” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrailin baş naziri üçün BCM orderinin heç bir mənası yoxdur, çünki onu dəstəkləyən ABŞ-dir:”Bundan əlavə, Netanyahu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla münasibətlərini qoruyacaq. Çünki Tramp İsraillə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu, sadəcə onun göstəricisidir ki, müasir dünyada Beynəlxalq Cinayət Məhkəməsi kimi strukturlar artıq heç nə demək deyil”, – deyə ekspert bildirib. Politoloq Netanyahunun heç vaxt həbs edilməyəcəyini deyib. Xatırladaq ki, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qalantı Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edərək həbslərinə order verib. Bundan əvvəl politoloq Oksana Dyakina BCM-nin Netanyahunun həbsinə dair orderini Avropanı onun üzünə bağlayacağını bildirmişdi .
Vəli Həsənoğlu,
KONKRET.az
Baxış sayı:74
Bu xəbər 22 Noyabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















