“Eminin vidası millimiz üçün itki olacaq”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan yığmasındakı karyerasını bitirib. Andorra ilə yoldaşlıq görüşü kapitanın yığmadakı son matçı olub.
Milli komandanın sabiq futbolçusu Rahid Əmirquliyev kapitanın vidası ilə bağlı “Futbolpress.az“a danışdı:
– Eminin vidası millimiz üçün itki olacaq. O, yaxşı futbolçu və lider idi. Klub karyerasında ona uğurlar arzu edirəm.
– Növbəti kapitan kim olmalıdır?
– Düşünürəm ki, Bədavi millidə olacaqsa, kapitanlıq sarğısını da o daşımalıdır.
– Əlavə namizədləriniz var?
– Emil Balayevi də qeyd edərdim. Təcrübəlidir və uzun müddətdir, yığmanın formasını geyinir.
– Sizcə, indiki vəziyyətdə liderlik bacarığı olan əsas ad kimdir?
– Seçimi məşqçi edir. Mənim fikrimə gəlincə, hazırda Bədavi bu məsuliyyəti daşıya bilər.
Şahin Cəfərov
Baxış sayı:69
Bu xəbər 19 Noyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















