Icma.az
close
up
RU
Abubakar “qazlı” gəlib... Ancaq “Forza”da “neft” yoxdu! REPLİKA

Abubakar “qazlı” gəlib... Ancaq “Forza”da “neft” yoxdu! REPLİKA

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi” dünən Bizon ölkə kubokunun 2-ci təsnifat mərhələsində evdə MOİK-ə qalib gəldi (6:2) və 1/8 final mərhələsinə vəsiqə qazandı.

Bəli, Samir Abasovun komandasının “hərbçilər”i mübarizədən kənarlaşdırmaq üçün Vensan Abubakar kimi futbolçunun varlığına ehtiyac yox idi. Ancaq baş məşqçi onu start heyətində meydana buraxmaqla optimal formasına qovuşmasını sürətləndirməyə çalışdı. Beləliklə, vəzifəsinin öhdəsindən layiqincə gələn, dəqiq desək, ilk 45 dəqiqədə rəqibi iki dəfə məyus edən 33 yaşlı futbolçu fasilədə Bassala Sambuyla əvəzləndi.
Bu matçdan sonra Abubakarla bağlı vəziyyət daha aydın göründü. O başqa məsələ ki, Misli premyer-liqasının 9-cu turunda komandasının “Qəbələ”nin qonağı olduğu matçda debüt edən hücumçu onsuz da “şir həmişə şirdi” prinsipinə sadiq qalmış, dəqiq desək, 1 qol, 1 məshuldar ötürməylə komandasının pis təsir bağışladığı görüşdə qələbə qazanmasına vəsilə olmuşdu.
Ümumiyyətlə, Abubakarın göstəriciləri ürəkaçandı. İndiyə qədər cəmi 65 dəqiqə tər tökən hücumçunun hesabında 3 qol, 1 məhsuldar ötürmə var. İş ondadı ki, hücumçu tərəfdarlardan layiq olduğu dəyəri görmür. Səbəbi dərhal izah edək: “ağ-qaralar”ın “Qəbələ”yə qarşı matçında təxminən 200, MOİK-ə qarşı oyununda isə cəmi 500 nəfər “Neftçi” azarkeşi olub. Bəli-bəli, “doğma divarlar” arasında meydana çıxan, start heyətində Vensan Abubakar kimi futbolçu olan komandanın 10289 tamaşaçı tutumuna malik stadionunda 500 azarkeş olub. Özü də oyuna giriş pulsuz ola-ola... Həm gülməli, həm də ağlamalı vəziyyət, bax, buna deyirlər!
Bilirsiz, söhbət kimdən gedir? Ölkənin ən güclü, ən böyük, ən fədakar, ən cəsarətli, ən iddialı fanklubu olduğunu iddia edən, amma Abubakarın gəlişindən sonra hələ buna uyğun görünməyən “Forza Neftçi”dən.
Həqiqətənmi Bakıda Abubakarın qollarına canlı şahidlik etmək, ona bir az “qaz vermək” istəyən daha çox “Neftçi” azarkeşi yoxdu? Maraqlıdı, bu şəhər yüksək pillələrin qapısını təpikləriylə açmaq niyyətini gizlətməyən Abubakarı sahiblənmək, onu azı performansına görə bağrına basmaq istəmir?!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Oktyabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri