Icma.az
close
up
RU
“AccessBank”ın mənfəəti 39% azalıb

“AccessBank”ın mənfəəti 39% azalıb

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“AccessBank” 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb. 

Tribunainfo.az xəbər verir ki, bank ilin birinci rübünü 10 milyon 49 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 39,2% azdır.

Hesabat dövründə bankın faiz gəlirləri 5 milyon 884 min manat və ya 11,08 % artaraq 58 milyon 983 min manat olub. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (56 milyon 347 min manat) müşahidə edilib.

İlk rübdə “AccessBank”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 14,36 % artaraq 19 milyon 929 min manatdan (I rüb 2024) 22 milyon 791 min manata yüksəlib.

Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (17 milyon 304min manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (5 milyon 264 min manat) ilə bağlıdır.

Nəticədə bankın xalis faiz gəliri 9,11% artaraq 36 milyon 192 min manata çatıb.

Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri, xarici valyutadan gəlir və digər gəlirlər 537 min manat azalaraq bu ilin ilk rübündə 3 milyon 574 min manata enib. Qeyri-faiz xərcləri isə 2 milyon 294 min manat artaraq 21 milyon 53 min manata yüksəlib.

Ümumilikdə, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 12 milyon 494 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,4% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 16 milyon 522 min manat təşkil edib.

Son üç ayda “AccessBank”ın cəmi aktivləri 14,7% və ya 202 min 79 manat artaraq 1 milyon 576 min 219 manata, cəmi öhdəlikləri isə 13,45% artaraq 1 milyon 384 min 625 manata bərabər olub. Cəmi kapitalı isə 24,6% artaraq 191 milyon 594 min manata bərabər olub.

Qeyd edək ki, “AccessBank” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Müşahidə şurasının sədri İvaniyçuk Oleq Fedoroviçdir.

Valyuta.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Aprel 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri