Icma.az
close
up
RU
ACF dən “Şirin qorxusu kampaniyasına START FOTO

ACF dən “Şirin qorxusu kampaniyasına START FOTO

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Cüdo Federasiyası (ACF) “AS Holdings”in sponsorluğu ilə sağlam gələcək naminə "Şirin qorxusu" adlı yeni sosial maarifləndirmə layihəsinə start verib.

İdman.biz xəbər verir ki, layihə çərçivəsində ACF tərəfindən ilk olaraq Gəncə şəhər Əhməd Cavad adına 2 saylı tam orta məktəb, Mirzə Şəfi Vazeh adına 16 saylı tam orta məktəb, Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəb, N.Hüseynov adına 38 saylı tam orta məktəblərdə və Gəncə Cüdo Təlim Mərkəzində maarifləndirici sessiyalar keçirilib.

Sessiyalarda interaktiv təlimlər, təcrübələr, oyunlar və təqdimatlar vasitəsilə şəkərin zərərləri barədə uşaqlara məlumat verilib.

Kampaniya çərçivəsində uşaqlar 1 ay müddətində ödənişsiz cüdo dərslərində iştirak imkanı əldə ediblər. Bundan əlavə, iştirakçılara maarifləndirici və motivasiyaedici hədiyyələr, sertifikatlar və xüsusi kuponlar təqdim olunub.

Qeyd edək ki, bu təşəbbüs yalnız şəkərin zərərləri ilə mübarizəyə deyil, eyni zamanda uşaqlarda idman sevgisi və sağlam həyat tərzi ilə bağlı uzunmüddətli vərdişlərin formalaşdırılmasına xidmət edir.

Kampaniyanın əsas məqsədi sağlam həyat tərzinin təbliği, şəkərin zərərləri barədə maarifləndirmənin gücləndirilməsi, uşaqlarda şəkərin həddindən artıq istifadəsi ilə bağlı yaranan problemlərin qabardılması, bu sahədəki məlumatsızlığın azaldılması, eləcə də sağlam vərdişlərin uşaqlara əyləncəli və yaradıcı yollarla aşılanmasıdır.

Son illər ərzində aparılan müşahidələr göstərir ki, uşaqların gündəlik qida rasionunda şəkərin miqdarı normadan artıqdır. Bu isə fiziki zəiflik, diş çürümələri, konsentrasiya problemləri və piylənmə kimi ciddi fəsadlara səbəb olur. Bir çox valideyn və uşaqlar isə bu risklərin fərqində deyil.

Layihə Bakı ilə yanaşı regionları da əhatə edəcək. Layihə barədə ətraflı məlumat almaq üçün ACF-in 8558 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri