Əlavə bürokratik maneələr yaradılmamalıdır” Müşfiq Məmmədli
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Torpaq sahələrinin dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi vətəndaşların iqtisadi imkanlarının genişlənməsinə, daşınmaz əmlak bazarının şəffaflaşmasına və dövlətə etimadın möhkəmlənməsinə töhfə verəcək.
Redaktor.az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.
Deputat təqdim olunan qanun layihəsinin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirməyin vacibliyini vurğuladı.
O, ilk növbədə, layihənin sosial ədalətin və hüquqi bərabərliyin təmin olunması baxımından əhəmiyyətini qeyd etdi.
“Vətəndaşlar mülkiyyət hüquqlarının sənədləşdirilməsi mexanizmlərində baş vermiş dəyişikliklərin mənfi nəticələri ilə üzləşməməlidirlər. Eyni hüquqi əsaslarla torpaq əldə etmiş şəxslərin mülkiyyət hüquqlarının fərqli dövrlərdə fərqli qaydada qorunması ilə bağlı problemin aradan qaldırılması hüquqi dövlət prinsiplərinə tam uyğundur”, - deputat bildirdi.
Müşfiq Məmmədli ikinci mühüm istiqamətin mülkiyyət hüquqlarının iqtisadi dövriyyəyə inteqrasiyası olduğunu diqqətə çatdırdı.
Onun sözlərinə görə, torpaq sahəsinin dövlət qeydiyyatına alınması yalnız çıxarış əldə etmək deyil, həm də vətəndaşın öz əmlakı üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və ya qanunvericiliyin tələblərinə uyğun olaraq girov qoymaq imkanlarının reallaşdırılması deməkdir.
Deputat hesab edir ki, qanun layihəsi ailələrin iqtisadi imkanlarının genişlənməsinə, daşınmaz əmlak bazarının şəffaflaşmasına və regionlarda iqtisadi fəallığın artmasına töhfə verə bilər.
O, üçüncü istiqamətin vətəndaş-dövlət münasibətlərində etimadın daha da möhkəmləndirilməsi olduğunu vurğuladı.
“Millət vəkili olaraq regionlarda keçirdiyimiz görüşlərdə daşınmaz əmlakın sənədləşdirilməsi məsələsinin vətəndaşları narahat edən aktual problemlərdən biri olduğunu müşahidə etmişik. Bu baxımdan qanun layihəsi, xüsusilə kənd və qəsəbələrdə yaşayan, uzun illərdir həyətyanı torpaq sahələrindən istifadə edən, lakin mülkiyyət hüquqlarını rəsmiləşdirməkdə çətinlik çəkən vətəndaşlar üçün mühüm irəliləyişdir”, - Müşfiq Məmmədli qeyd etdi.
Deputat qanunun icrası zamanı qeydiyyat mexanizmlərinin sadə, şəffaf və vətəndaşlar üçün əlçatan olmasının vacibliyini də vurğuladı.
O, açıq məlumatlardan və elektron xidmət sistemlərindən səmərəli istifadə edilməsini, əlavə bürokratik maneələrin yaradılmamasını, eləcə də vətəndaşların hansı sənədlərlə və hansı qaydada müraciət edə biləcəyi barədə geniş maarifləndirmə işinin aparılmasını məqsədəuyğun hesab etdiyini bildirdi.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Noyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















