Icma.az
close
up
RU
Açıq saçıq şəkillər müqabilində müharibə planlarını sızdırıb Daha bir “bal tələsi” qalmaqalı

Açıq saçıq şəkillər müqabilində müharibə planlarını sızdırıb Daha bir “bal tələsi” qalmaqalı

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Hindistan Hərbi Hava Qüvvələrinin yüksəkrütbəli zabiti Pakistan kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən qadına məxfi hərbi sirləri ötürməkdə ittiham olunur.

“Qafqazinfo” “The Times of India”ya istinadən xəbər verir ki, Dehli polisinin hazırladığı ittihamnaməyə əsasən, komandir Manorat Sinqh Sabharval ona göndərilən açıq-saçıq fotolar müqabilində müharibə planlarını, strateji hava bazası barədə məlumatları və pilotsuz uçuş aparatları (PUA) ilə bağlı əməliyyat detallarını qarşı tərəfə sızdırıb.

Məlumata görə, 2026-cı il mayın 30-da saxlanılan zabit məxfi sənədləri “WhatsApp” üzərindən paylaşıb.

İstintaq materiallarına görə, hadisə qadının “WhatsApp” vasitəsilə zabitə mesaj yazaraq özünü psixoloq axtaran və şəxsi problemləri olan şəxs kimi təqdim etməsi, həmçinin nömrəni səhv yığdığını bildirməsi ilə başlayıb. Qısa müddətdə tərəflər arasında yaxın münasibət yaranıb. İttiham aktında qeyd olunur ki, qadın ona açıq-saçıq şəkillər göndərdikdən sonra komandir gizli müharibə planının bir səhifəsini paylaşıb və hər yeni fotoşəkil müqabilində sənədin növbəti səhifəsini göndərməyi təklif edib.

Sızdırılan məlumatlar sırasına strateji əhəmiyyətli Leh Hava Bazasının əməliyyat imkanları, məxfi PUA bölməsinin şəxsi heyətinin strukturu, sınaq fəaliyyətləri və silah sistemləri daxildir. Bundan əlavə, istintaq zamanı məlum olub ki, qadın komandirdən tabeliyində olan beş hərbçinin telefonuna və rabitə cihazlarına zərərli casus proqram yükləməsini də istəyib. Polis bu addımın digər hərbi qulluqçuların da yazışmalarına və məlumatlarına çıxış əldə etmək məqsədi daşıdığını bildirir.

Texniki araşdırma nəticəsində tərəflər arasında ümumilikdə 3008 mətn mesajı, 65 foto, 42 səsli zəng və 4 videozəng qeydə alındığı üzə çıxıb. Rəsmi Sirlər Qanunu çərçivəsində ittiham olunan Sabharvalın işi üzrə ittiham aktı iyulun 30-da məhkəməyə təqdim edilib. Hazırda məhkəmə prosesinin davam etdirilməsi üçün müvafiq dövlət qurumlarının rəsmi icazəsi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2026 06:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see281

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see281

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see277

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see260

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see250

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see247

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see236

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see231

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see230

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see228

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see219

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see216

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see216

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see213

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see210

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see206

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see201

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see197

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri