Icma.az
close
up
RU
Açıq WiFi dan gələn təhlükələr: Əks halda kiberdələduzluq halları daha da artacaq

Açıq WiFi dan gələn təhlükələr: Əks halda kiberdələduzluq halları daha da artacaq

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Danılmaz faktdır ki, insanlar getdikləri hər bir məkanda ilk olaraq internetlə maraqlanır. Hətta kodsuz, açıq WiFi-lar gördükdə tez ona qoşulmağa can atır.

Ancaq müasir dövrdə, kiberdələduzluq hallarının artdığı mühitdə bu tip düşünülməmiş addımlar sonda böyük təhlükələrə səbəb ola bilər.

Bəs maraqlıdır, kodsuz WiFi-ların hansı təhlükələri var?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən informasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, Azərbaycanda bir çox istiqamətdə kiber hücumlar təşkil olunur və bu hücumlar vətəndaşlara, bizneslərə və dövlət qurumlarına yönəlik olur.

Elvin Abbasov: Kiber hücumçular açıq internet xidməti olan yerlərdə olurlar

E.Abbasov xatırladıb ki, keçən aylarda bizneslərə və universitetlərə, həmçinin də Azərbaycan informasiya məkanında olan informasiya agentliklərinə bir çox kiber hücumların şahidi olduq.

Ekspertin sözlərinə görə, bütün bunların fonunda Azərbaycanda ictimai yerlərdə açıq WiFi-ların olması və bu istiqamətdə təhlükəsizliyi tam təmin etməyimiz sual altındadır.

İT mütəxəssisi qeyd edib ki, bir çox ölkədə ictimai yerlərdə açıq, parolsuz internet xidmətləri, yəni pulsuz WiFi dediyimiz internet xidmətləri mövcuddur. Dediyinə görə, bunun bir çox fəsadlı, problemli tərəfləri var və ilk olaraq problemlər həll edilməlidir:

“Yəni, biz təhlükəsizliyimizi tam təmin edə bilməliyik, daha sonra bu xidmətləri açıq ictimai yerlərdə verməliyik”.

Müsahibimiz nəzərə çatdırıb ki, təcrübəyə görə kiberhücumçular və ya kiber sahənin insanları daha çox açıq internet xidməti olan yerlərdə olurlar və həmin açıq WiFi-lara qoşulan insanların məlumatlarını dinləməyə cəhd edirlər:

“Həmçinin kafelərdə, restoranlarda, açıq WiFi yerlərində hakerlər həmin WiFi-nin məlumatlarını özünə kopyalayır və daha sonra o WiFi-yə restart ataraq müştərilərin avtomatik olaraq əsas WiFi-dən çıxıb hakerin yaratdığı klona qoşulmasına səbəb olur. Bu halda da haker bütün kontrolu əla alır və əgər o restoranın müştərisi bir bank əməliyyatı həyata keçirirsə, orada bütün məlumatları artıq dinləyə, əldə edə bilir”.

Həmsöhbətimiz son olaraq vurğulayıb ki, aidiyati qurumlar bunun kifayət qədər əhəmiyyətini dərk etməlidir ki, Azərbaycanda kiber təhlükəsizlik, kiberdələduzluq istiqamətində həddən artıq artım var və bu artımların olduğu bir ölkədə bu tip yanaşmalar etmədən öncə çox yaxşı müdafiə qurulmalıdır, daha sonra bu açıq xidmətlər göstərilməlidir:

“Əks halda Azərbaycanda kiberdələduzluq halı daha da artacaq və əlavə olaraq da professional hücum növləri təşkil olunacaq”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:367
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri