Icma.az
close
up
RU
SAĞDAN SOLDAN GƏLƏN TƏHLÜKƏLƏR

SAĞDAN SOLDAN GƏLƏN TƏHLÜKƏLƏR

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nurəddin İSMAYIL

İkinci Qarabağ müharibəsində suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələnən parlaq qələbəmiz Azərbaycanın regionda və beynəlxalq aləmdə ictimai çəkisini, siyasi nüfuz dairəsini gücləndirməklə yanaşı, ölkəmizə qarşı regional və beynəlxalq səviyyəli təzyiqləri də artırmış oldu. Bu təzyiqlərin bir ucu erməni lobbisinin maliyyə rıçaqlarından yararlanan, hesabatları, siyasi yanaşmaları xristian təəssübkeşliyinə, ikili standartlara söykənən Qərbə, onun patronajı olan ABŞ-yə, digər ucu isə regionun erməni himayədarları Rusiya və İrana gedib çatır.

Qərbin siyasi orientasiyasının bu və ya digər formada icraçısına çevrilən təsisatlar, beynəlxalq təşkilatlar isə insan hüquq və azadlıqlarına aid təqdim etdiyi hesabatlarda Azərbaycanı, vaxtilə Qarabağda yaşayan erməniləri köçə zorlamaqda, onlara qarşı etnik təmizləmə aparmaqda ittihamlar irəli sürür, ədalət məhkəməsinə cəlb edilən keçmiş xunta rejiminin hərbi canilərinə azadlıq tələbi səsləndirirlər.

Fransanın gəlmiş-getmiş prezidentlərinin ən qatı ermənipərəsti, ən qatı Azərbaycan əleyhdarı Makron Azərbaycandan aman diləyən məğlub Ermənistanı dirçəltmək, bu ələyatım ölkə vasitəsi ilə Cənubi Qafqaza soxulmaq üçün dəridən-qabıqdan çıxır, onu ən müasir silahlarla təchiz etməklə bölgəmizdə sülhün və təhlükəsizliyin pozulmasına rəvac verən münaqişə ocağını yenidən körükləyir. Fransanın siyasi təsir dairəsində olan Avropa İttifaqı Ermənistanın Azərbaycanla şərti sərhədləri boyunca müşahidə missiyası adı altında hərbi kəşfiyyat işləri həyata keçirir və missiyanın tərkibinin genişləndirilməsi, uzun müddətli qalıcı olması üçün uzağa gedən planlar reallaşdırır. Yunanstan və bir sıra digər Avropa dövlətləri də Fransanın Ermənistanla bağlı militarist siyasətinə bu və ya digər formada dəstək olmaqdan vaz keçmirlər.

N.Paşinyanın ikili oyunlarından, Qərbə yon tutmasından qəzəblənən Rusiya İkinci Qarabağ savaşında Azərbaycana münasibətdə neytrallığını saxlasa da, sonrakı dönəmdə Ermənistan daxilində kök salan revanşist qüvvələri hərəkətə gətirməklə iki ölkə arasında sülh sazişinin imzalanmasını əngəlləmək, Azərbaycanın qarşısına Putin Rusiyasına boyun əyən, Paşinyansız Ermənistan çıxarmaq siyasətini ortaya qoydu. Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, Rusiyaya boyun əyməyən müstəqil xarici siyasətindən əndişə keçirən Rusiya müttəfiqlik fəaliyyəti haqqında qarşılıqlı razılaşmalara baxmayaraq, ən iyrənc üsullarla Azərbaycana təzyiq göstərməyə, rəsmi media resurslarında ölkəmizi qaralayan materiallar yaymağa, mülki təyyarəmizi məhv eməyə, media saytlarımıza kiber hücumlar təşkil etməyə qalxdı və özünün öləziməkdə olan imperiya iddialarını bir daha qabartdı.

Regional təzyiqin digər tərəfində isə müstəqil Azərbaycanın varlığından daim qorxu keçirən, istər İkinci Qarabağ müharibəsi, istərsə də ondan sonrakı dövrdə ölkəmizə qarşı əzələ nümayiş etdirən, din qardaşını deyil, təcavüzkar Ermənistanı hərbi, siyasi, mənəvi cəhətdən dəstəkləyən, Zəngəzur dəhlizinin açılmasına dirəniş göstərən, səfirliyimizə belə terror hücumu təşkil etməkdən çəkinməyən məkrli İran durur. O İran ki, bu gün də dost bildiyi, arxa durduğu Ermənistan, sərhədində onu addım addım izləyən şipion heyətini cəmləyib, o İran ki, himayə etdiyi Ermənistan ona aid hərbi-kəşfiyyat materiallarını düşmən elan etdiyi ABŞ-yə keçi qiymətinə satır.

Xarici təzyiqlərin artdığı, intensiv xarakter aldığı belə bir mürəkkəb şəraitdə Azərbaycanın çoxvektorlu xarici siyasətində izlədiyi xətt diqqətdən yayınmamalıdır. Azərbaycan Rusiyadan hər fürsətdə gələ biləcək təhlükənin fərqindədir və bu təhlükənin təklikdə deyil, ona arxa-dayaq olan qardaş Türkiyə ilə birgə aradan qaldırılmasının vacibliyini yadından çıxarmır. Azərbaycan, həmçinin İranın aqressiv siyasətindən irəli gələn təhlükənin, təhdidlərin qarşısının alınmasında bu ölkə ilə ikili münasibətlərdə ehtiyatlı davranış sərgiləməklə yanaşı, bu ölkəyə hər vasitə ilə təsir etmək imkanı olan İsraillə qurulan dərin əlaqlərin də mühüm rol oynadığını unutmur. İsraillə Azərbaycan arasında qurulan hərbi, siyasi, mədəni əlaqələr eyni zamanda Azərbaycanın Qərblə, o cümlədən ABŞ ilə yaxınlaşmasında, ölkəmizə qarşı tətbiq edilən ikili standartların aradan qaldırılmasında əvəzsiz rol oynayır. Məhz bu qarşılıqlı faydalı əməkdaşlığın effektli nəticəsidir ki, az öncə ABŞ-nin 50-dən çox ravvini Azərbaycanın “İbrahim razılaşması”na daxil edilməsi, Azərbaycana qarşı 907-ci maddənin ləğv olunması ilə bağlı ABŞ Prezidenti D.Trampa müraciət ünvanladı.

Görünən odur ki, Qarabağın işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilk mərhələdə Azərbaycanın apardığı uğurlu xarici siyasət faktoruna söykəndiyi kimi, bundan sonra ölkəmizin siyasi müstəqilliyinə qarşı yönələn regional və beynəlxalq təhdidlərin qarşısının alınması da xarici siyasətimizin əsas prioritetlərinə daxil edilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 May 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri