Icma.az
close
up
RU
Balaxanı neftçilərinin hər gün yaşatdığı “Anım Günü”

Balaxanı neftçilərinin hər gün yaşatdığı “Anım Günü”

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Balakhani Operating Company LTD”-nin (BOC) Sabunçu rayonunda yerləşən baş qərargah binası sanki tarixin kiçik qapısıdır. Hələ orta əsrlərdən yerli əhalisi müxtəlif yollarla neft çıxardığı Balaxanı mədənlərində bu gün çalışanlar binaya girəndə XIX əsrin sonunun neft bumu ab-havasına bürünürlər.

Lakin darvazadan girəndə onları qarşılayan ilk mənzərə məhz müstəqil Azərbaycanın ilk illərinin nişanəsidir. 1994-cü ildə neftçilərin təşəbbüsü ilə onların 1-ci Qarabağ Müharibəsində şəhid olan həmkarlarının xatirəsi əbədiləşdirilib.

Qarşısında mütəmadi tər çiçəklər düzülən abidə divarından baxan simalardan biri də Novruz Səlimovdur. O, baş leytenant olaraq könüllü şəkildə Vətəni müdafiə etməyə yollanıb, Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.

35 yaşının 13 ilini Balaxanı neft mədənlərində çalışan Novruz Səlimov və onun şəhid yoldaşlarının xatirəsi burada tək “Anım Günü”ndə deyil, onun peşəkar yolunu davam etdirən ailə üzvləri hər gün işə gələndə yaşayır.

Novruz Səlimov şəhidlik zirvəsinə qovuşanda qızı Nigar cəmi 40 günlük idi. O deyir: “Mənə danışılanlara görə, atam savadlı, vətənpərvər və həmkarları ilə səmimi münasibət quran olub. Mənimlə bağlı da böyük arzuları olub. Təəssüf ki, məni görmək ona qismət olmayıb. Lakin anamın dediyinə görə adımı özü seçib.”

Bu gün Nigar Səlimova “Balakhani Operating Company LTD”də mühəndis texnoloq kimi çalışır. Anası da burada mərkəzi anbarın əməkdaşıdır. Səlimovlar ailəsi “Balakhani Operating Company LTD”-nin əməkdaşları arasında olan 400-ə yaxın şəhid və qazi ailə üzvləri arasındadır.

“Atam uzun illər burada 3cü mədəndə çalışıb. Onun əməyinin izlərini yaşatmaq mənim üçün qürurvericidir. Vaxtilə çalışdığı yerdə anamın və mənim işləməyim bizim üçün xüsusi məna daşıyır”, deyir Nigar: “Onun məzun olduğu AZİ, hazırda ADNSU-nun tələbəsiyəm. BOC prezidenti Rövşən Rzayev şəhid və qazi ailələrinə hər zaman böyük ehtiram və qayğı ilə yanaşdığı kimi, təhsil məsələlərində də kömək edir - atamın getdiyi neftçi yolunu davam etdirməkdə bizə dəstək göstərir. Bu yolda irəliləmək mənim üçün böyük məsuliyyətdir”.

Beləliklə, “Anım Günü” Nigar üçün tək 27 sentyabr deyil, Balaxanıda hasilatla məşğul olduğu hər gündə yaşayır və bir də…son döyüşə yollanmamışdan əvvəl atasının anasına “mənim üçün darıxsan Məmmədbağırın mahnısını dinlə” miras qoyduğu “Xatırlayarsan məni” melodiyasında.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri