Icma.az
close
up
RU
ADA Universitetində Ümumdünya Ərzaq Günününə həsr olunmuş tədbir

ADA Universitetində Ümumdünya Ərzaq Günününə həsr olunmuş tədbir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et, sabahın qidasını təmin et” şüarı altında Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın roluna həsr olunub.

XQ xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Ümumdünya Ərzaq Günü 2026” tədbirinin aqrar sahədə fikir və təcrübə mübadiləsi, eləcə də yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. O, bu cür platformaların müxtəlif tərəflər arasında əlaqələrin möhkəmləndirilməsinə və kənd təsərrüfatının gələcək inkişafına dair təşəbbüslərin təşviqinə imkan yaratdığını bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir dövrdə kənd təsərrüfatı ənənəvi istehsal sahəsi olmaqla yanaşı, elmin, innovativ texnologiyaların, məlumatların, maliyyə imkanlarının və səmərəli idarəetmənin vəhdət təşkil etdiyi mühüm iqtisadi fəaliyyət sahəsidir. 

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun növbəti inkişaf mərhələsinin strateji istiqamətlərini müəyyən edir. Proqramda resurslardan səmərəli istifadə, rəqəmsallaşma, rəqabətqabiliyyətli və iqlimə davamlı məhsul istehsalı, eləcə də yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığın inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu hədəflərə çatmaqda innovasiyaların, süni intellektin, məlumatlara əsaslanan təhlil və erkən xəbərdarlıq sistemlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Azərbaycan aqrar sektorun inkişafına məhz bu yanaşma ilə istiqamət verir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli son illərdə Azərbaycanda qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər və əldə edilən nəticələrdən danışıb. Əldə edilən nailiyətlərlə yanaşı,  qarşıda mühüm hədəflərin olduğun deyən Qoşqar Təhməzli aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulduğunu, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin fəaliyyətinin mühüm olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının roluna toxunub. Bildirib ki, ölkəmiz aqrar sahədə məhsuldarlığın artırılması ilə yanaşı, təbii resurslardan səmərəli istifadə edilməsinə və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa, bununla bağlı irəli sürülən təşəbbüslərə qoşularaq zəruri tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovativ yanaşmaların tətbiqinin kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, istehsal xərclərinin azaldılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə töhfə verdiyini qeyd edib.

ADA Universitetinin tələbələri də ərzaq və kənd təsərrüfatının gələcəyinin formalaşdırılmasında gənclərin rolunu vurğulayıblar.

Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar həmin kəndlərin dayanıqlı kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, icma rifahının yüksəldilməsi, innovasiyaların tətbiqi və kənd yerlərinin dayanıqlılığının artırılması istiqamətində səylərini əks etdirir.

Proqram çərçivəsində “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi də təşkil edilib. Müzakirələrdə Azərbaycanın qida sənayesinin inkişafı, ərzaq təhlükəsizliyinin və məhsul keyfiyyətinin yaxşılaşdırılması, eləcə də yerli istehsalçıların daha geniş bazarlara çıxış imkanlarının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edəki, Ümumdünya Ərzaq Günü hər il oktyabrın 16-da FAO-nun 1945-ci ildə təsis olunmasının ildönümü münasibətilə qeyd edilir. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin daha səmərəli, inklüziv və dayanıqlı olmasına verdiyi töhfələrə diqqət çəkir. Ümumdünya Ərzaq Günü FAO-nun “Dörd daha yaxşı” prioritetinə uyğun olaraq ərzaq və kənd təsərrüfatı sistemlərinin təkmilləşdirilməsinin, qidalanmanın yaxşılaşdırılmasının, ətraf mühitin qorunmasının və insanların rifahının yüksəldilməsinin vacibliyini diqqətə çatdırır.

M.MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri