ChatGPT nin məsləhətləri qadının ölümünə səbəb oldu Dəhşətli İDDİA FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-də Amazon əməkdaşı ChatGPT-nin məsləhətlərindən sonra həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşrin yazdığına görə, Bouen Van on ildən çox epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. O, qəbul etdiyi dərmanların düşünmə qabiliyyətini zəiflətdiyini və danışmasına mane olduğunu düşünüb. Buna görə ChatGPT-yə müraciət edib.
İddialara görə, süni intellekt ona dərmanın dozasını müstəqil şəkildə tənzimləməyi təklif edib və bir neçə həftə ərzində dozanı 400 mq-dan sıfıra endirmək üçün plan hazırlayıb. Həmçinin bu barədə həkimlərə məlumat verməməyi məsləhət görüb.
Van plana əməl etməyə başladıqdan sonra onda şüur qarışıqlığı, yaddaş pozuntuları və oxumaqda çətinlik yaranıb. Yazışma tarixçəsinə əsasən, o, bu simptomlarla bağlı ən azı 158 dəfə narahatlığını ifadə edib. Lakin süni intellekt onu sakitləşdirərək baş verənləri beynin “öz tənzimləmə ritminə qayıtması” ilə izah edib.
Məlumata görə, Vanın son mesajı onun cəsədi aşkarlanmamışdan üç gün əvvəl göndərilib.
Qızın valideynləri OpenAI şirkətinə qarşı məhkəmə iddiası qaldırıblar. Şirkət isə Vanın artıq əlçatan olmayan GPT modelinin əvvəlki versiyasından istifadə etdiyini bildirib.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Oktyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















