Icma.az
close
up
RU
Adamı zombiyə çevirən su KÜNCDƏN BAXIŞ

Adamı zombiyə çevirən su KÜNCDƏN BAXIŞ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Son vaxtlar maddi dəyərlər mənəvi dəyərləri üstələməkdədir. İnsanlarda depressiya, stres artıb. Hiyləgərlik və yalançılıq üsulları xeyli rəngarəngləşib və təkmilləşib. Əsas məqsəd çoxlu pul qazanmaq, vəzifə, şöhrət əldə etmək və özünü başqalarından üstün göstərmək üzərində fokuslanıb. Qanunu, qaydanı pozmaq üstünlük sayılır, başqalarından fərqlənmək (bu, əksər hallarda pis şeylərdə olur) azarı gənclər arasında geniş yayılır.

Hətta gərgin münasibətlər ətraf mühitdən ailə daxilinə keçib və məhz bu səbəbdən münaqişələrin, boşanmaların və ailədaxili qətllərin sayı artır. Böyük sözünü vecinə alan da yoxdur. Bir çox gənclər açıqca deyirlər ki, biz hər şeyi bilirik və doğru edirik, siz yaşlı nəsil heç nə bilmirsiniz və səhv edirsiniz. Lakin reallıq bütün dövrlərdə və bütün ölkələrdə olduğu kimi tam əksini göstərir.

Heç kim etiraz etməz ki, son vaxtlaradək milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında yazılmamış qanunlar adlandırılan ictimai davranış kodeksləri var idi və buna əməl olunurdu.

İnsanlar bir-biri ilə ədəb-ərkanla davranır, böyük-kiçik, qadın-kişi yeri bilinirdi. İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək, yarıçılpaq gəzmək... yəqin ki, heç kimin ağlına belə gəlmirdi.

Bəs, sonra nə baş verdi ki, situasiya 180 dərəcə dəyişdi? 21-ci əsrə keçid sanki başqa bir dünyanı gətirdi. Pul və karyera uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi.

Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması... siyahı təəssüf ki, xeyli uzundur. Bu psixotron terror mənəvi zombiləşmənin əsasını qoymaqdadır...

Bu tendensiya real həyatdan indi də virtual həyata keçib. Mediada təhqir, böhtan, şantaj yalan xəbər yayıb çoxlu izləyici əldə etmək və pul qazanmaq daha ayıb sayılmır. Sosial şəbəkələrdə biabırçılıq baş alıb gedir. Adamlar normal müzakirə aparmaq əvəzinə bir-birini “qırır”. Heç kimin sözü heç kimə xoş gəlmir. Heç kim heç kimin “kitabını oxumur”. Həqiqəti deyəni, nöqsanlarımızı üzə çıxaranı, düzəltməyə çalışanları, mənəvi dəyərləri müdafiə edənləri “geridə qalmış” adlandırır və az qalırlar linç edələr.

Sosial şəbəkə platformalarında canlı yayımda hərcür əxlaqsızlıq, tərbiyəsizlik, qudurğanlıq nümayiş etdirilir. Belələrinə də kütlə necə lazımdı dəstək verir və tezliklə məşhur olub özlərinə yaxşı həyat təmin edirlər. Digərləri də onlara baxıb həvəslənir... artıq domino effekti işə düşüb.

Televiziyalar daha çox mənfi şeyləri təbliğ edir, maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olduğunu “göstərirlər” (burada əlbəttə dövlət kanallarını istisna etmək lazımdır, onlar hələ də televiziyanın əsas funksiyasını unutmayıblar). Vaxtilə ABŞ MKİ-nin rəhbəri olmuş Allen Dallesin şərq ölkələrində mənəvi deqradasiyanı necə yaratmaq barədə məşhur “Məhvetmə” doktrinası tam gücü ilə işləyir və çox yaxşı da effekt verir.

Başqa cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə də məlum qlobal qüvvələr tərəfindən məşhur “Overton pəncərəsi” tətbiq olunur, dəyərlərin tədricən dəyişilməsi prosesi aparılır. Bu “Overton pəncərəsi” haqda oxuyun, prosesin necə aparıldığını görəcəksiniz, hər şeyə sizə aydın olacaq. Cəmiyyət dəyərlərin kəskin və sürətli dəyişməsinə razı olmadığı üçün, burada “diri qurbağını qaynar suda necə bişirmək” təcrübəsi tətbiq olunur.

Bəli, bu gün, yad dəyərlər, xüsusi nəzəriyyələr və peşəkar təcrübələrlə hər şey tədricən dəyişdirilir. Bunun nəticəsində, indi müsbət şeylər mənfi sayılır, mənfi şeylər müsbət. Mənfilər çoxaldıqca müsbətlər azalır. Azlıq çoxluğa tabe olur. Burada qədim bir hind pritçasını yada salmağa dəyər.

Rəvayətə görə, qədimdə bir şəhərin ətrafındakı meşəlikdə tək yaşayan, ibadət və elmlə məşğul olan bir zahid müdrik varmış. Dünyanın qızıl dövrü imiş. Hər yanda əmin-amanlıq bolluq və mehribanlıq. Bir gün bu müdrik dağdan enir şəhərə və adamlara deyir ki, tezliklə hər şey dəyişəcək, tam tərsinə olacaq. Bunun əlamətini onda biləcəksiniz ki, su dadını dəyişəcək bir qədər acı dadmağa başlayacaq. İnsanlar ona inanmırlar. Yalnız bir gənc inanır və gedib çay kənarında özünə koma tikir, yeri qazıb anbar düzəldir və oraya su daşıyıb toplayır.

Vaxt keçir, vədə yetişir, suyun dadı tədricən dəyişməyə başlayır. Gənc dərhal köçür ordakı komasına və ancaq əvvəldən yığdığı sudan içməyə başlayır. Hər dəfə şəhərə düşdükdə baxır ki, adamlar dəyişib, əvvəl ayıb sayılan şeylər indi normal sayılır, əvvəl yaxşı sayılan işlər indi pis sayılır. Bu gənc onunla bununla mübahisə etməkdən yorulur, heç kimə izah edə bilmir ki, elə deyil, belədir. Hər dəfə bunu döyüb qovurlar ki, sən bizdən ağıllısanmı. Gedir o müdrikin yanına ki, bəs mən neyləyim. Müdrik deyir ki, 3 yolun var, ya bu kütlə ilə axıradək mübarizə aparacaqsan, amma səni fiziki olaraq öldürə bilərlər, ya onların suyundan içib onlar kimi olacaqsan, bu halda mənəvi cəhətdən öləcəksən, ya da cəmiyyəti tərk edib mənim kimi uca dağların başında tək yaşayacaqsan. Bu gənc çox düşünür, axırda 3-cü yolu seçir. Gedir müdrikin yanına və ona xidmət etməklə ömrünün sonunadək orada yaşayır.

İndi həmin “su” bəzi xarici mərkəzlər tərəfindən ölkəmizə, cəmiyyətimizə təklif olunur, çoxumuz isə bu suyun tərkibi haqda məlumatlı deyilik, elə “sudur də” deyib içirik. Lakin cəmiyyətimizdə hələ də o sudan içməyənlər var, onları o sudan içməyə məcbur etmək, ya da onun qaçıb dağ başına (xaricə) getməsinə səbəb olmaq lazım deyi. Kefli isgəndərləri vurub öldürməyək. Mirzə cəlilləri, haqverdiyevləri, sabirləri, nərimanovları, hacıbəyovları, cəfərləri, zərdabiləri... xalqın uğrunda çıraq kimi yanmış mütəfəkkirləri, mənfi adətlərə, cəhalətə qarşı böyük bir qüvvənin qarşısında qorxmadan mübarizə aparanları da belə etmişdik. Hərəsini bir cür çərlədib öldürdük. Lakin onların davamçıları dayanmadı, ideyaları, amalları ölmədi, yaşadı və xalqımızı da yaşatdı.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see385

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see345

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see343

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see267

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see225

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see212

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see208

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see204

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see197

Nevroloqdan baş ağrısı ilə bağlı xəbərdarlıq Bu simptomlar varsa...

21 İyul 2026 22:38see191

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see189

Dambrauskas: “Taktiki cəhətdən komandamdan razıyam”

21 İyul 2026 22:39see187

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see183

Bu ixtisasları seçənlər işsiz qala bilər

22 İyul 2026 11:35see182

Bu ölkədə 3 nəfər hantavirusdan ölüb

22 İyul 2026 03:20see178

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see175

Azərbaycan mətbuatı 151 yaşında!

22 İyul 2026 00:48see173

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see168

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see165

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri