ADAU tələbələrinin layihəsi startap şəhadətnaməsi alıb FOTO
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzinin inkubasiyasına daxil olan “SafBazar” startapı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən startap şəhadətnaməsi əldə edib.
"Unikal" xəbər verir ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə startap şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
Startap şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. “Startap” şəhadətnaməsi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib.
Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 İyul 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















