Icma.az
close
up
RU
Azərbaycan ilə Gürcüstan gənclərinin birgə forumunun keçirilməsi məsələləri müzakirə olunub

Azərbaycan ilə Gürcüstan gənclərinin birgə forumunun keçirilməsi məsələləri müzakirə olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 3 iyun, AZƏRTAC

Tbilisidə səfərdə olan Milli Məclisin komitə sədrləri Gürcüstanın idman naziri Şalva Qoqoladze ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın peskpektivləri diqqət mərkəzində olub.

Eyni zamanda, Azərbaycan və gürcü gənclərinin forumunun keçirilməsi, idmançılar üçün məşq düşərgələrinin təşkili, qarşılıqlı səfərlərin sayının artırılması və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, gənclər və idman komitəsinin sədri Şahin İsmayılov ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən layihələr, dövlətin bu sahəyə diqqət və qayğısı barədə ətraflı məlumat veriblər.

Tərəflər Azərbaycan ilə Gürcüstanın birgə beynəlxalq idman yarışlarının təşkili barədə də ümumi razılığa gəliblər.

Qeyd olunub ki, Şalva Qoqoladzenin yaxın vaxtlarda Bakıya səfəri zamanı bu və digər məsələlər barədə konkret layihələr diqqət mərkəzində olacaq. Söhbət zamanı Azərbaycanın beynəlxalq idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi etməsi, bu təcrübənin öyrənilməsi barədə də fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see288

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see213

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see206

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see135

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see133

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see131

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see131

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see127

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see125

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see125

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri