ADY və ADB karbon tutma kimi təkmilləşdirilmiş texnologiyadan istifadə üzrə iş aparır
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Asiya İnkişaf Bankı (ADB) karbon tutma kimi təkmilləşdirilmiş texnologiyadan istifadə üzrə iş aparır.
"Report" xəbər verir ki, bunu ADY-nin Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, səhmdar cəmiyyətinin ADY-nin Gəncə və Biləcəridəki əsas depolarında ümumilikdə təxminən 650 günəş paneli quraşdırılıb: "Bununla təxminən 80 min kilovat/saat elektrik enerjisi təmin olunur. Elektrik enerjisi əsasən daxili ehtiyaclar üçün istifadə edilir. Bu, bizim qeyd edilən təcrübəni genişləndirə biləcəyimizi göstərir. Bu, enerji və nəqliyyat sektoru arasında əla sinerjidir. Lakin biz yenə bu sahəni araşdırırıq. ADB ilə təkmilləşdirilmiş texnologiyadan, yəni infrastruktur aktivlərimiz boyunca karbon tutma kimi daha təkmilləşdirilmiş texnologiyadan istifadə üzrə iş aparılır. Bilirəm, bu texnologiyanın qiymətini nəzərə alsaq, həddindən artıq iddialı səslənir, lakin biz əməliyyatlarımızda tətbiq edə biləcəyimiz hər bir imkanı araşdırırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















