Icma.az
close
up
RU
Adi gəzintidən daha effektivdir Gündə 30 dəqiqə belə yeriyin

Adi gəzintidən daha effektivdir Gündə 30 dəqiqə belə yeriyin

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bir çox insan sağlamlığını və fiziki formasını yaxşılaşdırmaq üçün hər gün piyada gəzir. Lakin gündəlik adi tempdə yeriməyin orqanizmi gücləndirmək və sağlamlıq üçün real fayda vermək baxımından kifayət edib-etmədiyi sual doğurur.

Modern.az xəbər verir ki, yaponiyalı tədqiqatçılar müəyyən ediblər ki, insanın necə yeriməsi məşqlərin müntəzəmliyi və ya atılan addımların sayı qədər əhəmiyyətli ola bilər. Bu barədə "Gezondnu.nl" məlumat yayıb.

Bu istiqamətdə araşdırma Yaponiyanın Şinşu Universitetində aparılıb. Elmi işə professor Hiroşi Noze və onun komandası rəhbərlik edib. Tədqiqatçılar intervalla yerimə kimi tanınan metod üzərində çalışıblar. Bu yanaşmanın əsas fərqi ondan ibarətdir ki, gəzinti zamanı sabit temp saxlamaq əvəzinə, sürətli və yavaş hərəkət dövrləri növbələşdirilir.

Metod olduqca sadədir və mürəkkəb hesablamalar tələb etmir. Mütəxəssislər 3 dəqiqə sürətli templə, daha sonra isə 3 dəqiqə rahat templə yeriməyi tövsiyə edirlər. Bu dövrə ardıcıl olaraq 5 dəfə təkrarlanır. Beləliklə, bir məşqin ümumi müddəti təxminən 30 dəqiqə təşkil edir.

Yaponiyalı alimlərin məlumatına görə, bu metodun nəticələri olduqca müsbət olub. Intervalla yerimə rejiminə ciddi əməl edən insanların ayaq əzələlərinin gücündə nəzarət qrupuna nisbətən daha böyük artım müşahidə edilib. Bundan əlavə, onların qan təzyiqi göstəricilərində də eyni müddət ərzində sabit templə yeriyən iştirakçılarla müqayisədə daha müsbət dəyişikliklər qeydə alınıb. Alimlər bu metodun niyə standart gəzintilərdən daha effektiv olduğunu ətraflı izah edirlər. Müxtəlif intensivliklərin növbələşməsi ürək-damar sisteminə daha yüksək, lakin nəzarət olunan yük yaradır. Eyni zamanda, yavaş tempdə yerimə mərhələləri məşq zamanı orqanizmə bərpa olunmaq üçün lazımi vaxt verir. Gərginlik və istirahətin bu şəkildə düzgün birləşdirilməsi ağır və yorucu fiziki məşqlərə ehtiyac olmadan ümumi məşq effektini əhəmiyyətli dərəcədə artırmağa kömək edir.

Tədqiqatçılar həmçinin hesab edirlər ki, daha intensivli hərəkət mərhələləri orqanizmin ümumi enerji sərfiyyatını əhəmiyyətli dərəcədə artıra bilər. Bu da belə məşqi sabit və rahat tempdə ənənəvi gəzintidən daha effektiv edir.

Yapon metodunun əsas üstünlüklərindən biri onun hər kəs üçün əlçatan olmasıdır. Bu üsul üçün xüsusi idman avadanlığı, fitnes zalına abonement və ya yüksək səviyyədə fiziki hazırlıq tələb olunmur.

İntervalla yeriməyə başlamaq üçün yalnız rahat ayaqqabı və üçdəqiqəlik intervalları izləmək üçün taymer kifayətdir. Belə idman fiziki formasını yaxşılaşdırmaq və sağlamlığını gücləndirmək istəyən, lakin qaçışdan və ağır məşqlərdən uzaq durmağa üstünlük verən insanlar üçün praktik və rahat alternativə çevirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Avqust 2026 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri