Adil Şükürov: Bu tur hər iki komanda üçün kritik ola bilər
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Məncə, "Sabah" - "Turan Tovuz" oyunu daha çox bölgə klubu üçün vacib qarşılaşmadır. Qərb təmsilçisi məcbur aqressiv oyun nümayiş etdirməlidir, komanda da yetərincə hücuma meyilli futbolçular var". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz" və "Zirə"nin sabiq baş məşqçisi Adil Şükürov deyib.
47 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında bu gün baş tutacaq görüşlə bağlı fikirlərini bölüşüb:
"Otto Conun "Turan Tovuz"dan ayrılmasından sonra da Orxan Əliyev, Santos və Aleks kimi futbolçular oyunda nəticəyə təsir edə bilərlər. "Turan Tovuz" üçün avrokuboklara getmək üçün mütləq çempionatda ilk üçlükdə qərarlaşmaq vacibdir. "Sabah"ın da çempionatda iddialı olduğunu bilirik və qışa qədər klubda məşqçi dəyişikliyi də bununla bağlı idi. Lakin bu gün üçün vəziyyət "Sabah" baxımından heç də çempionatda onların leyhinə deyil. Bu tur hər iki komanda üçün kritik ola bilər".
Qeyd edək ki, "Sabah" - "Turan Tovuz" matçı saat 17:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Fevral 2025 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















