Icma.az
close
up
RU
ADİM: iyirmi il sözün keşiyində!

ADİM: iyirmi il sözün keşiyində!

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi bu günlərdə özünün 20 yaşını qeyd edir. Təşkilat ötən illər ərzində həm ölkənin ictimai-siyasi, həm sosial-mədəni həyatında fəal iştirak etməklə bərabər, həm də beynəlxalq və regional tədbirlərdə dövlətmizin maraqlarını cəsarətlə qoruub. ADİM-in yaranması, əslində, ölkəmizdəki çoxsaylı qaçqın və köçkün ordusunun taleyinə beynəlxalq aləmin diqqətini çəkmək, atəşkəs rejimi şəraitində erməni seperatçılarının Azərbaycan əskərlərinə qarşı davamlı cinayətlərini dünyaya çatdırmaq, işğal olunmuş ərazilərimizdəki maddi-mədəni abidələrin məhv edilməsinə qarşı nüfuzlu beynəlxalq təşkilatları səfərbər etmək məqsədi daşıyırdı. Təşkilat təxminən 15 il müddətində onlarla beynəlxalq və regional görüşdə qeyd edilən məsələlər üzrə ciddi faktlar qaldırmış, qərar və qətnamələrin qəbul edilməsində fəallıq göstərmişdir.
Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasını əsas görtürən ADİM Azərbaycanda yaşayan xalqların ölkə başçısı və dövlətçilik ətrafında sıx birləşməsi istiqamətində də bir çox etniklərarası və konfessiyalarası tədbirlərə rəhbərlik etmiş, ölkəmizin sosial-iqtisadi, hərbi-siyasi yüksəlişinin tarixən Azərbaycanda yaşayan xalqların mıhkəm birliyindən asılı olduğunu göstərmişdir. Etiraf edək ki, İkinci Vətən müharibəsində qələbənin əldə olunmasında xalq-Prezident vəhdəti mühüm rol oynamışdır. Bugünkü zəfər ölkəmizdə yaşayan bütün xalqların birgə əməyinin və mübarizəsinin nəticəsidir.
Təşkilat bu gün Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərin gənclər tərəfindən mənimsənilməsi, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ölkənin orta və ali məktəblərində davamlı iş aparır, tədbirlər, görüşlər keçirir.
Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi daim dövlətçiliyimizin keşiyində dayanmış, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunması istiqamətində mühüm və səmərəli işlər aparmaqdadır. Təşkilat iyirmi il ərzində medianın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, informasiya şəffaflığının təşviqinə böyük töhfələr verib.
İctimai birlik günün aktual məsələləri üzrə tez-tez treninq və təlimlər keçirir və bu günlərdə keçirilən həmin tədbirlərdən birində reketçi jurnalistikanın qarşısının alınmasına, mətbuatın obyektiv və qərəzsiz olmasına nail olmaq yolları müzakirə edilmişdir. ADİM son tədbirlərinin birində xaricdə yaşayıb, ölkəmizə qarşı daim şər-böhtan yağdıran “junalistikanın” düşmən əlində oyuncaq olmasını faktlarla sübut etmişdir.
Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi bu gün erməni vandalizminin əli ilə məhv edilmiş maddi-mədəniyyət abidələrimizin kataloqlarının hazırlanması və nüfuzlu təşkilatlara təqdim edilməsi işi ilə məşğul olur. Bundan əlavə, təşkilat həm də Azərbaycan dövlətinə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində həyata keçirilən iqtisadi və hüquqi tədbirlərin də fəal iştirakçısıdır.
Bu gün Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinə iyirmi yaşını qeyd edir, ona fəaliyyətində, müvəffəqiyyətlər diləyirik.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Noyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri