Icma.az
close
up
RU
Çağdaş bədii sözün keşiyində

Çağdaş bədii sözün keşiyində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Əsəd Cahangir – 60

Əsəd Cahangir Azərbaycan ədəbiyyatşünaslığının seçilən simalarındandır. Onun rasional düşüncə ilə bədii duyumun vəhdətindən yoğrulmuş yazıları müəllifə uğurlar qazandırıb. Təsadüfi deyil ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda bədii yaradıcılığı, tədqidi və tənqidi məqalələri hər zaman ədəbi cameənin diqqətini çəkən qələmdaşımızın yeni kitablarının təqdimat mərasimi də böyük coşqu ilə keçdi.

O, ədəbiyyata “Söz” essesi ilə gəlib, sonra “Səs”i yazıb və dəyərli sözünün sayəsində səsi daha aydın eşidilib. Gözəl şeirləri, “O adam”, “Namaz”, “Xarıgülnar” kimi poemaları, teatra aid resenziyaları olsa da, “tərifçi”liyin həddini bilən, nihilizm və populizmdən qaçan obyektiv tənqidçiliyə, milli bədii fikrə xidmətə üstünlük verib. “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq?”, “On üçüncü gecə”, “Dionisin şərəfinə” kimi kitabları maraqla qarşılanıb, elmi və bədii dəyərinə görə yüksək qiymətləndirilib.

Mərasimi AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu açaraq 60 yaşın zirvəsinə çatan Əsəd Cahangirin söz sənətində cahangirlik iddialarının özünü doğrultduğunu bildirdi, onun həyat və yaradıcılığının mühüm məqamlarına, yubilyara həsr olunan “Sözün Cahangiri” və qələminin məhsulu olan “Kölgə işıqdan düşür” kitablarının məziyyətlərinə toxundu.

AYB sədri, Xalq yazıçısı Anar yaradıcılıq qurumunda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olan Əsəd Cahangiri yubileyi münasibətilə təbrik etdi, onun tənqidçi kimi öz baxış bucağından Azərbaycan ədəbiyyatına dünya kontekstində baxdığını, güclü erudisiya və intellektuala sahib olduğunu bildirdi.

Məclisdə çıxış edən AYB-nin 1-ci katibi, Xalq yazıçısı Çingiz Abdullayev istedadlı, bilikli və məhsuldar tənqidçinin bədii tərcüməçilik fəaliyyətini yüksək dəyərləndirdi. Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid bol enerjili qələm sahibi olan Əsəd Cahangirin vaxtilə “525-ci qəzet”də gedən yazıları, şeirləri ilə tanındığını xatırlatdı və yubilyara Beynəlxalq Türk Müəllifləri Birliyinin yubiley diplomunu təqdim etdi.

Xalq şairi Sabir Rüstəmxanlı Əsəd Cahangiri müəyyən mənada durğunluq hiss olunan ədəbi tənqidi yaşadanlardan biri kimi xarakterizə etdi. Onun bu sənətə ciddi yanaşan təəssübkeş ədəbiyyatşünas, həmçinin istedadlı şair olduğunu, gözəl esselər yazdığını da konkret faktlarla əsaslandırdı.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli vurğuladı ki, onin üçün söz həm qrammatik vahid, həm də duyğu mənbəyidir: “Əsəd Cahangir nitqin estetik təbiətinə yanaşarkən onu yalnız ünsiyyət vasitəsi kimi deyil, düşüncənin bədii enerjiyə çevrilmə məqamı kimi dəyərləndirir”.

Digər natiqlər – yazıçı Hüseynbala Mirələmov, AYB katibləri Elçin Hüseynbəyli və İlqar Fəhmi, Milli Məclisin deputatları, yazıçılar Səyyad Aran və Aqil Abbas da ürək sözlərini ifadə edərək, “Sözün Cahangiri” və “Kölgə işıqdan düşür” kitablarını dəyərləndirdilər. Qeyd olundu ki, yubilyarın klassik irslə müasir düşüncənin, dünya ədəbi-fəlsəfi ənənəsi ilə milli bədii fikrin, sənətlə həyatın vəhdətini özündə əks etdirən əsərləri canlı xalq dilinə, zəngin metaforik üsluba söykənir. Müqəddəs səmavi kitablarla dialoq əsasında qurulan bu yazılar oxucunu xeyirə, işığa, mənəvi-əxlaqi kamilliyə səsləyir.

Çıxışlarda Əsəd Cahangirin təhlil etdiyi ədəbi-bədii mətnlərə yalnız fikir daşıyıcısı kimi deyil, həm də canlı orqanizm kimi yanaşması, ana dilinin milli ruhunu qabartmasını onun yaradıcılığında əsas cəhətlərdən biri olaraq dəyərləndirildi. Natiqlər “Qızıl Kəlmə” ədəbi mükafatına, eləcə də “Ən yaxşı tənqidi və publisistik əsərə görə Yaşar Qarayev adına mükafat”a layiq görülmüş ədəbiyyatşünasa tükənməz yaradıcılıq enerjisi və yeni nailiyyətlər arzuladılar.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri