Icma.az
close
up
RU
​Adının haqqını verən adam

​Adının haqqını verən adam

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Sonuncu dəfə bir neçə ay əvvəl dostumuz Mahir Qabiloğlunun ad günündə təbrik mətni yazmışdım. Böyük Qabildən ədəbiyyatın incəliklərini əxz edən Mahir hər sözü, hər cümləni bəyənmədiyi üçün bir vərəqi yazıb axıra çıxana kimi iki dəfə tərləmişdim. Yeyib-içmək məclislərində tez-tez "tərlətdiyimiz" Mahir Qabiloğlu yazı masası arxasında məni əməlli-başlı tərlətmişdi...
Bu gün başqa dost haqda yazmaq istəyirəm. Nə yazacam, necə yazacam - özüm də bilmirəm. Bildiyim odur ki, ad gününü təbrik etmək istədiyim adam dostların qələmindən süzülən zəhəri belə şərbət kimi başına çəkməyə hazırdır. Onun balaca Göyəzəni "göylərə baş çəkən" uca dağ kimi tərənnüm edən Səməd Vurğun qədər böyük ürəyi var.
Dostlar, gözünüz aydın, bu gün Aqilin 50 yaşı tamam olur. İyirmi beş il əvvəl qələm-dəftəri dizinin ustündən əskik olmayan, sıravi muxbirlikdən baş redaktorluğa yüksələn, sözü ilə əməli həmişə üst-üstə düşən Aqil Camalı deyirəm. Bir əli qələmdə, bir əli vicdanının üstündə olan, həmişə haqqın yanında olan, oxucunun dostu olan Aqildən danışıram...

Onun böyük ürəyi var. Soruşsanız nə qədər böyük, tərəddüd etmədən belə cavab verərəm: Turk Dünyası boyda.
Bəlkə də ilk addımlarını Kəlbəcərin ucsuz-bucaqsız çöllərində atdığı üçün Allah ona belə geniş ürək verib.
Allah Aqilə hər şeyi ürəyinə görə verib.
Sizə Aqilin hansı müsbət keyfiyyətlərindən danışım? Zəhmətkeşliyindən yazım? Bunun belə olduğunu məndən yaxşı bilirsiniz. Axşama kimi üç tədbirə qatılan, gün ərzində qulağı natiqlərdə, gözü telefonun ekranında olan, "Türküstan"ın zəhmətkeş kollektivinə tövsiyə verən, mətnlərdə gözdən qaçan səhvi düzəldən, "yolunu azan" vergili yerinə qaytaran Aqil Camal hər cür xoş sözə, tərifə layiqdir.
Bu qədər iş-gücün arasında televiziyalara açıqlama verməyə vaxt tapan, ölkəmizdə və regionda baş verən hadisələri məntiqin süzgəcindən keçirib tərəfsiz və qərəzsiz təhlil edən təcrübəli jurnalisti, savadlı eksperti tərifləməyib kimi tərifləyim? Ölkədə QHT institunun inkişafında danılmaz xidmətləri olan Aqil Camalın bu sektorun möhkəmlənməsinə verdiyi töhfələri xatırlatmamaq ədalətsizlik olardı. Əmin olun ki, "Ortaq Dəyərlər" milli dəyərlərimizin qorunub-saxlanılmasına hələ çox töhfələr verəcək.

Dost sarıdan bəxtim gətirib. Hamısı istedadlı adamlardır. Anadolu türkləri demişkən, adam kimi adamlardır. İki il əvvəl hörmətli Rəşad Məcid haqda belə yazmışdım: Onu tərifləyəndə adam utanmır. Aqil Camal da bu kateqoriyaya daxil olan insanlardandır. Özü tərifi xoşlamasa da, hər cür tərifə layiqdir...
Aqil Camal məclis adamıdır. Məclis deyəndə bozbaş yeyib araq içməyi nəzərdə tutmuram. Belə işlərlə bizim əzəldən aramız olmayıb. O, çay süfrəsində də hamının özünü xoşbəxt hiss etdiyi mühit yarada bilir. Bu məclislər həmişə duzlu-məzəli söhbətlərlə yadda qalır. Aqilin şirin təhkiyəsi insana mənəvi qida verir. Heç kim bu məclislərin başa çatmağını istəmir. Bu sözlərimi təsdiqləyəcək çoxlu şahidim var. Amma ad çəkmək istəmirəm. Şahidsiz də mənə inandığınıza əminəm. Aqilin dostlarında yalan olmaz...

Aqil ədalətli insandır. Tərəzinin gözünü heç vaxt əymir. Hər kəsə layiq olduğu qiyməti verməyi bacarır. Yağla şorun fərqini yaxşı bilir. El ağsaqqalı olan atası Tapdıq kişi bu adı ona təsadüfən qoymayıb. Dostumuz adının haqqını çoxdan verib.
Aqil ucundan tutub ucuzluğa gedən jurnalist deyil. Həmişə sözünün çəkisini qoruyur. Odur ki, uzunçuluq etmək istəmirəm. Axı hara təsirik. Qabaqda altmış, yetmiş, səksən, doxsan, yüz illik yubileylər var.
Təbrik edirəm, dost!

Çox yaşa!
O qədər çox yaşa ki, sənin haqqında ürəyimizdən keçənlərin hamısını deyə bilək...
Seymur Verdizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Aprel 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri