Icma.az
close
up
RU
Şəhid adının alətə çevrilməsi

Şəhid adının alətə çevrilməsi

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Şəhid anlayışı bir xalqın ən müqəddəs dəyərlərindən biridir. Şəhidlər vətənin, xalqın və dövlətin qorunması uğrunda həyatını qurban vermiş insanlardır. Onların xatirəsi hörmətlə yad edilməli, adları ehtiramla çəkilməlidir. Lakin son illərdə cəmiyyətdə narahatlıq doğuran bir tendensiya müşahidə olunur: şəhid adının yersiz və məqsəddənkənar şəkildə istifadə edilməsi.

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə tez-tez rast gəlinən hallardan biri budur ki, hər hansı şəxs tənqid olunanda, səhv etdiyi ortaya çıxanda və ya çətin vəziyyətə düşəndə mövzunu dərhal şəhidlərə bağlamağa çalışır. Bəzən elə təsəvvür yaranır ki, şəhid adı bir arqument deyil, tənqiddən yayınmaq üçün istifadə olunan qalxana çevrilib. Halbuki şəhidlərə hörmət etmək başqa, onların adını şəxsi maraqlar naminə istifadə etmək tamam başqa məsələdir.

Bir insanın səhv davranışı, uğursuz qərarı və ya məsuliyyətsiz hərəkəti şəhidlərin xatirəsi ilə ört-basdır edilə bilməz. Əgər kimsə yanlış fikir söyləyibsə, onun fikri müzakirə olunmalıdır.

Əgər kimsə vəzifəsini düzgün yerinə yetirməyibsə, buna görə cavab verməlidir. Şəhidlərin adını çəkmək həmin səhvi nə dəyişdirir, nə də aradan qaldırır.

Əksinə, bu cür yanaşma şəhid anlayışının mənəvi dəyərini zəiflədir.

Ən təhlükəli məqam isə odur ki, şəhidlərin adı gündəlik mübahisələrin və emosional manipulyasiyaların bir hissəsinə çevrilir.

Nəticədə cəmiyyət şəhid mövzusuna daha çox emosional reaksiya verir, amma daha az düşünür. Bu isə sağlam ictimai müzakirələrin qarşısını alır.

Şəhidlər xalqı birləşdirən müqəddəs bir dəyər olmalıdır, fərdi səhvləri gizlətmək üçün istifadə edilən vasitə yox.

Şəhidlərə həqiqi hörmət onların adını hər mövzuda təkrarlamaq deyil. Həqiqi hörmət onların uğrunda can verdiyi dəyərlərə, yəni dürüstlüyə, məsuliyyətə, ədalətə və vətən sevgisinə sadiq qalmaqdır. Şəhid adı o qədər böyük və müqəddəsdir ki, onu gündəlik mübahisələrdə arqument kimi işlətmək yox, ehtiramla qorumaq lazımdır.

Cəmiyyət olaraq şəhidlərin xatirəsini siyasi, şəxsi və ya emosional məqsədlər üçün istifadə etməkdən çəkinməliyik. Çünki şəhidlərin ən böyük haqqı onların adının alətə çevrilməməsidir.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 İyun 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri