Icma.az
close
up
RU
​Adının haqqını verən adam

​Adının haqqını verən adam

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Sonuncu dəfə bir neçə ay əvvəl dostumuz Mahir Qabiloğlunun ad günündə təbrik mətni yazmışdım. Böyük Qabildən ədəbiyyatın incəliklərini əxz edən Mahir hər sözü, hər cümləni bəyənmədiyi üçün bir vərəqi yazıb axıra çıxana kimi iki dəfə tərləmişdim. Yeyib-içmək məclislərində tez-tez “tərlətdiyimiz” Mahir Qabiloğlu yazı masası arxasında məni əməlli-başlı tərlətmişdi…

Bu gün başqa dost haqda yazmaq istəyirəm. Nə yazacam, necə yazacam – özüm də bilmirəm. Bildiyim odur ki, ad gününü təbrik etmək istədiyim adam dostların qələmindən süzülən zəhəri belə şərbət kimi başına çəkməyə hazırdır. Onun balaca Göyəzəni “göylərə baş çəkən” uca dağ kimi tərənnüm edən Səməd Vurğun qədər böyük ürəyi var.

Dostlar, gözünüz aydın, bu gün Aqilin 50 yaşı tamam olur. İyirmi beş il əvvəl qələm-dəftəri dizinin ustündən əskik olmayan, sıravi muxbirlikdən baş redaktorluğa yüksələn, sözü ilə əməli həmişə üst-üstə düşən Aqil Camalı deyirəm. Bir əli qələmdə, bir əli vicdanının üstündə olan, həmişə haqqın yanında olan, oxucunun dostu olan Aqildən danışıram…

Onun böyük ürəyi var. Soruşsanız nə qədər böyük, tərəddüd etmədən belə cavab verərəm: Turk Dünyası boyda.

Bəlkə də ilk addımlarını Kəlbəcərin ucsuz-bucaqsız çöllərində atdığı üçün Allah ona belə geniş ürək verib.

Allah Aqilə hər şeyi ürəyinə görə verib.

Sizə Aqilin hansı müsbət keyfiyyətlərindən danışım? Zəhmətkeşliyindən yazım? Bunun belə olduğunu məndən yaxşı bilirsiniz. Axşama kimi üç tədbirə qatılan, gün ərzində qulağı natiqlərdə, gözü telefonun ekranında olan, “Türküstan”ın zəhmətkeş kollektivinə tövsiyə verən, mətnlərdə gözdən qaçan səhvi düzəldən, “yolunu azan” vergili yerinə qaytaran Aqil Camal hər cür xoş sözə, tərifə layiqdir.

Bu qədər iş-gücün arasında televiziyalara açıqlama verməyə vaxt tapan, ölkəmizdə və regionda baş verən hadisələri məntiqin süzgəcindən keçirib tərəfsiz və qərəzsiz təhlil edən təcrübəli jurnalisti, savadlı eksperti tərifləməyib kimi tərifləyim? Ölkədə QHT institunun inkişafında danılmaz xidmətləri olan Aqil Camalın bu sektorun möhkəmlənməsinə verdiyi töhfələri xatırlatmamaq ədalətsizlik olardı. Əmin olun ki, “Ortaq Dəyərlər” milli dəyərlərimizin qorunub-saxlanılmasına hələ çox töhfələr verəcək.

Dost sarıdan bəxtim gətirib. Hamısı istedadlı adamlardır. Anadolu türkləri demişkən, adam kimi adamlardır. İki il əvvəl hörmətli Rəşad Məcid haqda belə yazmışdım: Onu tərifləyəndə adam utanmır. Aqil Camal da bu kateqoriyaya daxil olan insanlardandır. Özü tərifi xoşlamasa da, hər cür tərifə layiqdir…

Aqil Camal məclis adamıdır. Məclis deyəndə bozbaş yeyib araq içməyi nəzərdə tutmuram. Belə işlərlə bizim əzəldən aramız olmayıb. O, çay süfrəsində də hamının özünü xoşbəxt hiss etdiyi mühit yarada bilir. Bu məclislər həmişə duzlu-məzəli söhbətlərlə yadda qalır. Aqilin şirin təhkiyəsi insana mənəvi qida verir. Heç kim bu məclislərin başa çatmağını istəmir. Bu sözlərimi təsdiqləyəcək çoxlu şahidim var. Amma ad çəkmək istəmirəm. Şahidsiz də mənə inandığınıza əminəm. Aqilin dostlarında yalan olmaz…

Aqil ədalətli insandır. Tərəzinin gözünü heç vaxt əymir. Hər kəsə layiq olduğu qiyməti verməyi bacarır. Yağla şorun fərqini yaxşı bilir. El ağsaqqalı olan atası Tapdıq kişi bu adı ona təsadüfən qoymayıb. Dostumuz adının haqqını çoxdan verib.

Aqil ucundan tutub ucuzluğa gedən jurnalist deyil. Həmişə sözünün çəkisini qoruyur. Odur ki, uzunçuluq etmək istəmirəm. Axı hara təsirik. Qabaqda altmış, yetmiş, səksən, doxsan, yüz illik yubileylər var.

Təbrik edirəm, dost!

Çox yaşa!

O qədər çox yaşa ki, sənin haqqında ürəyimizdən keçənlərin hamısını deyə bilək…

Seymur Verdizadə

 Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Aprel 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see488

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see324

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see317

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see284

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see255

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see238

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see210

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see201

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see188

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see182

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see177

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see176

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see174

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see173

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see168

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see159

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see154

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see149

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see148

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri