Adnan Əhmədzadə ilə bağlı olduğu deyilən marketdən AÇIQLAMA
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bolmart" marketlər şəbəkəsində yoxlama aparıldığına dair məlumat yayılıb.
Məlumatlara görə, yoxlama "Bolmart"ın Səməd Vurğun küçəsi yerləşən filialında keçirilib. Mühafizə orqanları tərəfindən yoxlama aparıldığı üçün supermarketin fəaliyyəti dayandırılıb və bütün işçilər çölə çıxarılıb. Mənbədən verilən xəbərə görə, "Bolmart" marketlər şəbəkəsinin bir müddət əvvəl həbs edilən məşhur iş adamı, SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə ilə əlaqəsi var.
Məsələni aydınlaşdırmaq üçün “Bolmart”ın Səməd Vurğun küçəsində yerləşən filialı ilə əlaqə saxladıq. Mağazadan “Cebheinfo.az”-a bildirildi ki, hazırda sayım aparıldığı üçün filial müvəqqəti olaraq bağlıdır. Sonrakı suallarımıza cavab verməyən market əməkdaşı telefonu söndürdü.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 27 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















