Icma.az
close
up
RU
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? ŞOK AÇIQLAMA

Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? ŞOK AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messi, həmçinin dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Azərbaycanda səfərdə olub.

Onların ölkəmizə gəlişi müzakirələrə yol açıb. Bir çoxlarını məşhur futbolçuların Bakıya gəliş səbəbi düşündürür. Digər tərəfdən isə dünya ulduzlarının Azərbaycanla bağlı paylaşım etməməsi birmənalı qarşılanmayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə idman jurnalisti Natiq Muxtarlı Globalinfo.az-a açıqlamasında Messi və digər məşhur futbolçuların Azərbaycana gəlməsinin futbola heç bir aidiyyətinin olmadığını bildirib.

Onun fikrincə, dünya ulduzlarının ölkəmizə gətirilməsi kimlərinsə piar kampaniyasıdır:

“Sosial şəbəkələrdə edilən paylaşımlara baxdıqda, bu şəxsin Adnan Əhmədzadə olduğu güman edilir.

Messi və dostları ilə şəkil çəkdirənlər sosial şəbəkələrdə məhz ona təşəkkür edirlər. Bəs bu səfər Azərbaycana nə verdi? Heç nə. Bəs nə apardı? Külli miqdarda vəsait. Bu məşhurlar Bakıya ödənişsiz gəlməyib. Messinin hər saatı yox, dəqiqəsi belə puldur. Messi hər paylaşımına görə milyonlar alır. O, Azərbaycanla bağlı paylaşım edəcəksə, bunu da pulla edəcək. Özü də böyük məbləğ qarşılığında. Etməyəcəksə, deməli, səfərlə bağlı razılaşmada bu bənd yoxdur”.

N.Muxtarlı deyib ki, Messini bir gün Azərbaycana gətirmək üçün ən az 2-3 milyon avro ödəməlisiniz.

“Üstəlik digər məşhurlar da onunla gəlib. Onların səfər xərcləri, qonaqlara veriləcək bahalı hədiyyələr və ödəniləcək sanballı məbləğ…

Adnan Əhmədzadə Messi və dostlarına milyonlar verib, onları Azərbaycana gətirir ki, özünü reklam etsin. Vəssalam! Messinin səfərinin Azərbaycana gətirdiyi “xeyir” budur. Bəs Adnanda bu qədər vəsait haradandır? Bu isə heç kimi maraqlandırmır”.

Adnan Əhmədzadə Kimdir?

Adnan Əhmədzadə Azərbaycanın tanınmış ictimai, biznes və idman xadimlərindən biridir. O, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daxilində müxtəlif mühüm vəzifələrdə çalışmışdır və eyni zamanda beynəlxalq əlaqələrdə rol oynamışdır.

Karyerası və İdarəetmə Təcrübəsi

Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutmuşdur:

2006-2007-ci illər: Nəqliyyat və Ekspedisya Departamentinin müavini;
2007-2008-ci illər: Ticarət Əməliyyatlarında Kommersiya Riskləri Departamentinin rəhbəri;
2008-2010-cu illər: İqtisadi Əməliyyatlar Departamentinin müavini;
2010-2019-cu illər: SOCAR Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin baş direktoru;
2018-ci il: SOCAR Treydinqin icraçı direktoru;
2019-cu il: SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini.

Biznes Fəaliyyəti

2023-cü ildə Adnan Əhmədzadə ABDA İnvest Holdinqin təsisçisi və sədri olmuşdur. Bu holdinq tikinti, logistika, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino zallarına qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Onun sahib olduğu şirkətlər arasında İspaniyada və İngiltərədə qeydiyyatdan keçmiş daşınmaz əmlak və investisiya ilə məşğul olan qurumlar da mövcuddur.

İdman və İctimai Fəaliyyət

Adnan Əhmədzadə idman sahəsində də fəal iştirak edir. O, 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti olaraq bu idman növünün ölkədə inkişafına töhfə verir.

Şəxsi Həyatı və Maraqlı Faktlar

Adnan Əhmədzadə ailəlidir, dörd övladı var. Maraqlı məqamlardan biri, onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycanda səfərinin təşkilində mühüm rol oynamışdır. Adnan Əhmədzadə həmçinin Ronaldinyo kimi digər tanınmış futbolçularla əməkdaşlıq edib.

Əhmədzadə həmçinin Ronaldinyo və Xuan Laportanın Bakı səfərlərini təşkil edib.

Nailiyyətləri

2015-ci ildə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu, neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə verilmiş yüksək qiymətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Dekabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri