Icma.az
close
up
RU
Adnan Əhmədzadənin vəkili, görün, kim imiş… KONKRET

Adnan Əhmədzadənin vəkili, görün, kim imiş… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

SOCAR-ın İnvestisiya Departamentinin hazırda həbsdə olan sabiq rəhbər müavini Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevlə bağlı maraqlı fakt üzə çıxıb.

Axar.az lent.az-a istinadən bildirir ki, Şaiq Mirzəyev vəkillik fəaliyyəti ilə yanaşı, həm də media təsisçisi imiş. O, e-huquq.az saytının təsisçisidir.

Şaiq Mirzəyev Vəkillər Kollegiyasının, həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvüdür. E-huquq.az saytı da Vəkillər Kollegiyasının fəaliyyətini mütəmadi və ən çox işıqlandıran saytdır.

Təsisçisi olduğu sayt Mirzəyevi həm də “dərin humanizm prinsiplərinə sadiq qalan, ictimai faydalı təşəbbüslərdə fəal iştirak edən nüfuzlu vətəndaş” kimi təqdim edib.

Şaiq Mirzəyev Əhmədzadənin vəkili olmaq üçün işdən çıxdı?

Bir neçə gün öncə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə Şaiq Mirzəyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının departament müdiri olmasını əks etdirən foto paylaşıb. Nazirliyin saytından edilmiş skrində vəkilin həmin nazirlikdə Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması əks olunub.

Ə.Həsənov qeyd edib ki, vəzifəli şəxsin vəkil kimi başqa şəxslə müqavilə bağlaması qanunvericiliklə qadağan edilib.

Bundan bir neçə dəqiqə sonra isə qurumun saytından Şaiq Mirzəyevin departament müdiri olmasına dair məlumat və foto silinib.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanin mətbuat katibi Fidan Seyidşahqızı məlumat ictimailəşəndən sonra bildirib ki, Şaiq Mirzəyev hazırda Milli Observatoriyanın əməkdaşı deyil: “Onunla əmək müqaviləsinə 15 sentyabr tarixindən xitam verilib”.

Buna baxmayaraq, Vəkillər Kollegiyasının mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir: “Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur.

Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Sonda qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Həm də milyarder Fərhad Əhmədovun vəkili

Şaiq Mirzəyev bundan əvvəl daha bir milyarderin məsələsi ilə bağlı gündəmə gəlib. O, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun müdafiəçisi kimi mediada çıxış edib. Şaiq Mirəzyev Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Fransa vətəndaşı Anass Derrazın Bakıda məhkəmədə dediklərini təkzib edib. Şaiq Mirzəyev Fərhad Əhmədovun fəaliyyəti, “xidmətləri”, xeyriyyəçi əməlləri barədə geniş açıqlaması ilə diqqət çəkib. O, “Fərhad Əhmədova qarşı hücumları əsassız” hesab edib.

Vəkildən polis idarəsi ilə bağlı qalmaqallı açıqlama

Şaiq Mirzəyevin adı bir də “polis idarəsində kobud rəftara məruz qalması” ilə bağlı xəbərlə xatırlanır. O, bu barədə məlumatı təsisçisi olduğu e-huquq.az saytında ictimailəşdirmişdi.

SOCAR-ın keçmiş vitse-prezidenti ilə işbirliyi

Şaiq Mirzəyev həm də “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəridir. Onun müştəriləri arasında “Azəriqaz”, “Qrant həyat”, “Yelobank” kimi şirkətləri görə bilirik.

2020-ci ildə isə o, “Az-Qranata” MMC-yə baş direktor təyin edilib. Bu vəzifədə isə uzun müddət işləyə bilməyib. Qeyri-rəsmi məlumatlara görə, “Az-Qranata” MMC SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılova və ailəsinə məxsusdur.

Adnan Əhmədzadənin vəkili kimi fəaliyyəti

Adnan Əhmədzadə sentyabrın 19-da həbs edilib. Şaiq Mirzəyev hazırda Adnan Əhmədzadənin mediaya məlum olan yeganə vəkilidir. O, vəkil olaraq Adnan Əhmədzadənin həbsindən apellyasiya şikayəti vermədiklərini açıqlayıb. Mirzəyev açıqlamalarında həmçinin, müvəkkilinin mediada barəsində yazılanlardan narahat olduğunu da vurğulayb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri