Samir Abasov “Sabah”ın “Vikinq”lə matçından qələbə gözləyir
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə “Vikinq”ə qarşı keçirəcəyi matçda öz oyun üslubunu rəqibə qəbul etdirə bilsə, meydandan qələbə ilə ayrılacaq”.
Bu barədə “Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov deyib.
Mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib.
“Səfərdə oynamaq çox çətin olacaq. Bu, məlum məsələdir. “Vikinq”in evdə özünəməxsus ab-havası var, çətin rəqibdir. Meydan sahibləri “Bavariya” ilə matçda 3:3 hesablı heç-heçə ediblər. Onlar üçün xal qazanmaq baxımından ən əlverişli rəqib kimi məhz “Sabah” görünür”, - deyə o report.az-a açıqlamasında söyləyib.
O, Azərbaycan təmsilçisinin gözlənilməz oyun nümayiş etdirə biləcəyini vurğulayıb:
“Rəqib “Sabah”ı nə qədər təhlil etsə də, meydandakı oyun tam fərqlidir. Məsələn, “Sabah”ın Bakıda qalib gəldiyi “Slaviya” komandası səfərdə “Fənərbağça” ilə heç-heçə oynadı. Bu, Praqa təmsilçisi üçün çox yaxşı, qəbul olunan haldır. Eyni gözlənilməzlik bu matçda da baş verə bilər. Rəqib öz oyununu diqtə edirsə, bu artıq sənin üçün problemdir. “Sabah” “Vikinq”lə matçda öz oyununu rəqibə qəbul etdirməlidir. Bunu bacarsalar, komandanın səfərdən qələbə ilə qayıdacağını düşünürəm”.
Qeyd edək ki, “Vikinq” - “Sabah” oyunu noyabrın 4-də Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Noyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















