Icma.az
close
up
RU
“Nazirliyin təxribatları Adnanın talanından geri qalmır” Hafiz Hacıyev

“Nazirliyin təxribatları Adnanın talanından geri qalmır” Hafiz Hacıyev

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev “Prime TV”-də çıxışı zamanı kənd təsərrüfatı sahəsində mövcud boşluqları və Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətindəki ciddi çatışmazlıqları gündəmə gətirib. O, çıxışında qoyun ətinin bahalaşmasından, Afrikanın Kosta-Rika şirkətindən alınan dabaq vaksininin heyvanlara zərər vurmasından və ümumilikdə bu proseslərin təxribat xarakteri daşımasından danışıb.

Hacıyevin sözlərinə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyində elə şəxslər çalışır ki, heyvanları bir-birindən ayırd etmək bacarığına belə malik deyillər. Onun fikrincə, bu gün Məcnun Məmmədovun rəhbərlik etdiyi nazirlik atdığı yanlış addımlarla və təxribatlarla ölkəyə Adnan Əhmədzadədən daha çox ziyan vurur.

Hafiz Hacıyev bu məsələləri dəfələrlə gündəmə gətirsə də, problemlər hələ də həll olunmadığı üçün, görünür, bu mövzular uzun müddət aktual olaraq qalacaq. Onun fikirlərini qərəzli yanaşma kimi qiymətləndirənlər də var.

Globalinfo.az-a danışan Hafiz Hacıyev bildirib ki, harada nöqsan, yeyinti varsa, onu gündəmə gətirib kəskin şəkildə tənqid edir:

“Mən konkret olaraq kimisə hədəf almıram, qərəzli mövqe sərgiləmirəm. Dediklərim dövlətin və millətin xeyrinədir. Əksini deyənlər isə bizi qaralamaq istəyənlərdir. Onlar öz trolları vasitəsilə imicimə zərbə vurmağa çalışırlar. Deyirlər guya Hafiz Hacıyev nazir olmaq istəyir, ona görə belə danışır. Əslində Hafiz Hacıyev nazir olmalıdır, hətta ondan da yüksək vəzifələrə layiq bir insandır. Mənim fəaliyyətimi xalq görür və qiymətləndirir. Hazırda belə bir niyyətim və qərəzli mövqeyim də yoxdur. Sadəcə sahədəki nöqsanların aradan qaldırılmasını istəyirəm”.

Hafiz Hacıyev qeyd edib ki, kənd təsərrüfatı sahəsindəki ciddi problemləri bir mütəxəssis kimi görür və səhv yolda olanlara yardım etmək niyyətindədir:

“Məqsədim milləti bəzi asılılıqlardan azad etməkdir ki, bu sektor inkişaf etsin. Mən nöqsanları göstərirəm, onu düzəltmək və ya düzəltməmək onların işidir. İstəyirlərsə, həmin adamlara Lenin ordeni versinlər. Amma fakt budur: Kosta-Rika adlı Afrikada qeydiyyatdan keçmiş bir şirkətdən ucuz və keyfiyyətsiz preparatlar alıb, Azərbaycanda fermerlərə baha qiymətə satırlar. Bu dərmanlar nəticəsində, fermerlərin də dediyi kimi, heyvanlar tələf olur.

Beyləqan, İmişli, Ağcabədi, Masallı və digər bölgələrdə insanların mal-qarası qırılıb. Hansı heyvanlara bu vaksindən vurulmayıbsa, sağ qalıb. 1 manata alınan dərmanları 100 manatlıq təqdim edib, pul yuyurlar. Bunları dediyimiz üçün bizə pis baxırlar. Amma bu qədər də Vətənə xəyanət olmaz axı. Onsuz da əlavə pulun yeyildiyi bəllidir. Heç olmasa uyğun vaksin gətirəydilər ki, zərərçəkən fermerlərə az da olsa faydası dəyəydi”.

Kənd Təsərrüfatı Nazirliyində çalışanların sahəyə aidiyyəti olmadığını bildirən H.Hacıyev deyib:

“Orada aqronom baytar həkimi kimi işləyir. Bu, riyaziyyat müəlliminə ingilis dili tədris etdirmək kimidir. Mən bu sahədə bildiyim çox şeyi açıq danışa bilmirəm. Vəziyyət çox acınacaqlıdır. Millətə bu qədər zülm etmək olmaz. Dediklərimə görə ciblərinə pul basılmış şəxslər mənim əleyhimə danışır. Amma biz buna artıq alışmışıq. 40 ildir siyasətdəyəm, hər şeyi anlayıram. Kimlərin arxasında kimlərin durduğunu da yaxşı bilirəm.

Azərbaycanda neft sənayesindən sonra inkişaf etdirilməli olan əsas sahə aqrar sektordur. Amma bu cür hallar prosesin qarşısını alır. Mən sözümü geri götürməyəcəm və səhv etdiyimi də deməyəcəm. Fakt budur ki, gətirilən vaksinlər Azərbaycan xalqının mal-qarasını tələf edib”.

Sonda Hafiz Hacıyev təklif irəli sürüb:

“AZTV-də şərait yaradılsın, oturaq, məsələni müzakirə edək. Boşluqları açıq şəkildə danışaq. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Bu sahədə 34 milyon manat yeyinti baş verib. Bunu aydınlaşdırmaq lazımdır. Bu gün kənd təsərrüfatında ingilis dilini bilmək nə dərəcədə vacibdir? Mal-qaraya ingiliscə dərs keçilmir ki! İngilis dili bilən şəxslər gedib başqa sahədə işləsinlər. Fermerin problemini anlayan adam lazımdır”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı şəxslərinə sorğu ünvanlasaq da, hələlik heç bir rəsmi cavab verilməyib.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri